Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

M.Ə.Rəsulzadə və Azərbaycan istiqlalı

Xalq hərəkatının başladığı ilk illərdə də çoxları haqlı olaraq, onu Azərbaycanın azadlığı və istiqlalının rəmzi hesab edirdi. Təbii ki, o zaman bu qavrayışda bir az dəbə uymaq, bir az da impulsivlik var idi, çünki həmin dövrlərdə emosiya, hər halda, bir az üstün idi. Lakin son dövrlərdə müəyyən bir siyasi…

Tam mətn

İşığa möhtac Azərbaycan

Millətimizin yaşamaq enerjisi, ümid işığı, bu işığın dairəsi, deyəsən, «ildən-ilə daralıb sönməkdədir və bu sayağ ilə qalarsa, bir gün qəfil sönəcəyi aşkardır». Üzeyir Hacıbəyli (1916) Millətimizin işığı sönməyəcəkdir, çünki milyonlarla nəvələrə ümidimiz var, «… onlar özlərini aləmə saydıracaq böyük bir kütlə surətində vardırlar, onların işıqları da var olub artacaqdır»….

Tam mətn

Şuşa, Berlin… və bayram duyğuları

Faşizm üzərində Qələbənin qeyd olunduğu 9 may günü məndə ta uşaqlıqdan xoş duyğular oyadıb. Səbəbi çoxdur: atam müharibədə vuruşub, Stalinqrad döyüşlərində iştirak edib, kontuziya alıb. İlk dəfə onun hərbi biletini əlimə alanda çox qürrələnmişəm. Doğulduğum kiçik kənddən altmışdan çox adam müharibəyə gedib, yarısı qayıtmayıb. Üç əmim də müharibə iştirakçısı…

Tam mətn

Azərbaycan sendviçlə dürmək arasında

Səməd Seyidov (millət vəkili) Vəfa Quluzadə (politoloq) Eldar Namazov (EL hərəkatının rəhbəri) Azərbaycanın geosiyasi mövqeyi barədə lap əvvəldən şişirdilmiş təsəvvür yaradılıb: Şərqlə Qərb burada qovuşur, biz Qafqazın incisi, Avropanın qapısıyıq, Qərbə gedən yollar burdan keçir, üç dəniz əhatəsindəyik, İpək yolunun mərkəzindəyik və sair…

Tam mətn

MDB-də mətbuat azadlığı Avropanın nəyinə lazımdır?

Bu həftənin üç gününü yaşıl xiyabanlarına və küçələrinin genişliyinə görə dünyanın ən maraqlı şəhərlərindən sayılan Kiyevdə oldum. Azərbaycan mətbuatının patriarxları — Arif Əliyev və Elçin Şıxlı ilə birlikdə Ukrayna paytaxtında media azadlığı problemlərinin müzakirə edildiyi toplantıya qatılmışdıq. Avropa Komissiyasının himayəsi ilə keçirilən toplantı günümüz üçün aktual olan bu problemin…

Tam mətn

«Dəmir ledi» əfsanəsi

Mən onu ilk dəfə 1992-ci ilin payızında Bakıya səfəri zamanı «Gülüstan» sarayında yaxından görmüşdüm. Adamları maraqla seyr edən sərt baxışları, replikalara ani reaksiyası, üzündən əskik olmayan təbəssümü, qətiyyətli səsi və bir də əsl kübar xanımlara xas olan incə davranışı yadımda qalıb. O zaman Britaniyanın keçmiş baş nazirinin BP şirkətinin…

Tam mətn

Rüstəm İbrahimbəyovun Qarabağ tezisləri

Yenə vurhavur, yenə hay-həşirdir. Yenə ölkə mediasında qəzəb dalğası kükrəyir, manipulyasiya qasırğası püskürür, qəzetlər asıb-kəsir, yalanın biri-bir qəpiyə gedir. Qaraya boyanmış ekranlardan açılan yaylım atəşləri yenə də millətin başucalığı və qürur yeri olan görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovu hədəfə alıb. Onun Rusiyanın «Rosbalt» saytına verdiyi son müsahibə yazıçıya qarşı yeni…

Tam mətn