Hind filmi üslubunda tarix saxtakarlığı
Bu saxtakarlığa qol qoyan alimi-binəvalar və“Sadə həqiqətlər”haqqında Vasif Qafarov adlı təzə tarixçi peyda olub. “Peyda olub” deyəndə ki, belə adam varıydı və məhdud bir dairədə tanınırdı. Akademiyanın Tarix institutunun əməkdaşı kimi işə gəlib-gedir, arxivlərə baş çəkir, sənəd toplayır, məqalələr yazır, kitab çap etdirir, fürsət düşdükcə müxtəlif ödənişli layihələrə qoşulur, bir alim kimi öz duruşunu saxlamağa, obyektivliyini və elmi vicdanını qorumağa çalışırdı.