Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Portret və mənəvi dekadans

Düşmən günü bu gün də Tovuzu atəşə tutur, Rusiya hələ də Ermənistana dolayı yollarla silah-sürsat çatdırır, Kremlin müdafiə naziri Şoyqu Bakıya gəlib həmən silahların silah yox, tikinti materialı olduğuna bizi inandırmağa çalışır, Belarusda seçkisonrası narazılıqlar səngimir, Rusiyanın Xabarovskunda da əhali qaynamaqda, vətənində zəhərlənmiş Navalnı isə hələ də Almaniyada komadadır. ABŞ prezident seçkisinə başlayıb. COVİD-19 pandemiyası da yaxamızdan əl çəkmir.

Tam mətn

Küçə itləri

Əsli-nəsli bilinməyən, damarlarında min cür tulanın qanı axan, yalnız kürsək zamanı birləşib sürü halında ətrafındakılara hürənlərin qarşısına cins və qorxmaz biri çıxanda gec-tez onun qabağında şırvanırlar. İnsanlar da belədir. İndi, görünür, insan cildində olan bu tulaların kürsək vaxtıdır, amma mən qəti əminəm ki, gec-tez onlar dürüst və namuslu insanların qarşısında şırvanacaqlar. Sadəcə, problem ondadır ki, cins adamlar YALQUZAQ olurlar – onları SÜRÜyə  qatmaq olmur, çünki SÜRÜ psixologiyası onlarin təbiətinə yaddır!

Tam mətn

The comprachicos of the mind 

“- Mənim gözəl şahzadəm, sizin məzəli cırtdanınız bir daha rəqs etməyəcək… Qız gülərək soruşdu: — Bəs onda o niyə bir daha rəqs etməyəcək? — Çünki onun ürəyi partlamışdır. Qızın qaşları çatıldı, incə, qızılgül ləçəklərinə bənzəyən dodaqları nifrətlə büzüldü. O qəzəblə: — Elə edin ki, bundan sonra mənimlə oynamağa gələnlərin heç birinin ürəyi olmasın…” “Şahzadə qızın ad günü” Oskar Uayld *** Bir neçə icra hakimiyyəti başçısı saxlanılıb. Rüşvət üstündə. Sonuncusunun adı Vilyamdır. Yazıq Şekspir.

Tam mətn

Qınına çəkilmiş çanaqlılar

Koronavirusun hamını demək olar ki, qınına çəkilməyə məcbur etdiyi bu bayram günlərində sizə daha bir essemi oxuyuram ki, həm eyniniz açılsın, həm də düşünək… Hər birimiz sonuncuyuq, çünki hər birimizin sonu var, elə koronavirusun da… Bayramınız mübarək!

Tam mətn

Havay köynəyi

Həyatdan həzz almağa çalışın.

Tam mətn

Ceviz qurdu

Mərhum dostum, gözəl kino rejissoru və bütöv insan Rövşən Almuradlının əziz xatirəsinə ithaf edilir. Ceviz qurdu məsələsini mənə o, danışmışdı.

Tam mətn