Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Vətənpərvərlik, boşboğazlıq və yapon fədakarlığı

Yox, mən Ə.Əylislinin «Daş yuxuları»ndan danışmayacam. Bu əsərdəki uğursuz epizodlar, işlədilən sərt ifadələr, həqiqətin təhrif olunması və ən başlıcası milli heysiyyətə toxunan mizan-tərəzinin pozulması haqda deyilən fikirlərə şərikəm. Gərək o boyda yazıçı xüsusi şövqlə təsvir etdiyi zorakı hadisələr üzərindən ləyaqət ölçülərinə sığmayan formada bütöv bir xalqın üzərinə yeriməyəydi. Həm…

Tam mətn