Qulu Məhərrəmli

Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"idir. Zəngilan rayonunda anadan olub. Orta təhsilini Şuşa şəhərində alıb. 1978-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Təyinatla Azərbaycan televiziyasına göndərilib və “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. Televiziyanın müxtəlif baş redaksiyalarında müxbir, redaktor, böyük redaktor, şərhçi, şöbə müdiri, proqram rəhbəri, siyasi icmalçı, baş redaktor və departament direktoru vəzifələrində çalışıb. 1991-ci ildən müntəzəm efirə çıxıb, əsas informasiya proqramlarının aparıcısı olub. “7 gün” populyar analitik-informasiya verilişinin, həmçinin AzTV ekranında efirə çıxan ilk müəllif proqramının (“Təfsilat”-1995) müəllifi və aparıcısı olub. 1995-ci ildə Azərbaycan televiziyasının siyasi icmalçısı təyin edilib. Həmin ildən eyni zamanda hər gün efirə çıxan “Səhər” musiqi-informasiya proqramına da rəhbərlik edib. Uzun müddət bu qurumun baş redaktoru olub. 2007-ci ildə Müəllif proqramları və xüsusi layihələr departatamentinin direktoru təyin edilib. Həmin ilin oktyabrında AzTV-ni tərk edərək Xəzər TV-də fəaliyyətini davam etdirib. Orada “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. Müxtəlif mövzularda 20-yə yaxın sənədli televiziya filminin ssenari müəllifidir. Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professordur. 30-a yaxın kitabın, o cümlədən bir neçə monoqrafiya, dərslik və dərs vəsaitinin, həmçinin izahlı lüğətlərin müəllifidir. “Qızıl qələm”, “H.B.Zərdabi”, “Media açarı” mükafatı laureatıdır.

Qızın iki adaxlısı olanda

Azərbaycan kimi qəribə məmləkətdə yaşamağın adama mənəvi rahatlıq verən çox böyük üstünlükləri var. Hələm-hələm avropalının anlamayacağı ən böyük üstünlük bizdə başını kola soxub, arxasını çöldə qoyan adamların sayca artması və bir də çoxlarının yavaş-yavaş bu tərzə öyrəncəli olmasıdır. Ətrafdan xəbər tutmayan belə adamlar üçün həqiqət, yalnız başlarını kəmali-ehtiramla dincə…

Tam mətn

Həqiqətin bahalaşan qiyməti

Demokratiya bir hakim olaraq sovet və kommunist imperializmini ölümə məhkum etmişdir. Ə.Fətəlibəyli- Düdənginski, Azadlıq Radiosu Azərbaycan redaksiyasının ilk baş redaktoru Kim nə deyir-desin, həqiqətin qiyməti getdikcə artır, çünki onu demək çətinləşir. Həm də həqiqəti söyləyənlərin sayı azalır. Sayı azalan bir şey isə həmişə qiymətli olur. İndi Azərbaycan cəmiyyətində həqiqət…

Tam mətn

Ordun varsa, yurdun var…

Yasamal qəbirisanlığındakı dəfn mərasimi bitdi. Dünyanın ən hüznlü yerini yavaş-yavaş tərk edirdik. Köhnə qəbirlərin arasından ehtiyatla keçib maşınların dayandığı darısqal yola tərəf tələsirdik. Bir-birinə söykənili, uçulub-sökülməkdə olan qoşa məzarın yanından keçəndə gözüm baş daşındakı yazıya sataşdı. Bir anlığa yerimdə donub qaldım, sanki məni ildırım vurdu. Qəbirlərə bir az da…

Tam mətn

Dəyərlərə daş atanlar

Bir vaxtlar çalışdığım «Səhər» (AzTV) proqramında tarixi hadisələrin təqvimini verərdik. Olanlardan-keçənlərdən söz açır, dünya və Azərbaycan tarixinə aid önəmli hadisələri yada salır, bəşər həyatında iz qoymuş olaylardan bəhs edirdik. Təbii ki, tarixə yön vermiş parlaq simaları da xatırlayır, artıq müəyyən dəyərə çevrilmiş şəxsiyyətlər barədə də tamaşaçılara qısa bilgi verirdik….

Tam mətn

Dilimizi didən dərdlər

Bir xalqın ana dili onun milli varlığının və mənəvi aləminin ifadəsidir. Mirzə İbrahimov TQDK-nın orta məktəblərin buraxılış imtahanları ilə bağlı elan etdiyi nəticələr çoxları kimi məni də heyrətləndirdi. Necə ola bilər ki, şagirdlər Azərbaycan dili dərsindən kütləvi şəkildə kəsilsin. İmtahandan 5-10 nəfər keçməsəydi, bunu anlamaq olardı, amma təsəvvür edin,…

Tam mətn

Şairlərin günahı nə?

Qalib gələcəkmi cahanda kamal? S.Vurğun 1952-ci ilin yazı idi. Opera və Balet Teatrında Azərbaycan yazıçılarının 19-cu qurultayı gedirdi. Rəyasət heyətində salonu iti və qəzəbli baxışları ilə süzən respublika rəhbəri Mircəfər Bağırov əyləşmişdi. Tribunada isə xalq şairi Səməd Vurğun danışırdı. O, Azərbaycan poeziyasında mövzu axtarışlarından və özünün yeni şeirlərində bu…

Tam mətn

Millət sizə minnətdardır…

«Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik…» Fətəli Xan Xoyski Cümhuriyyətin baş naziri F.X.Xoyski bu sözləri 1918-ci il dekabrın 7-də Bakıda, İsmailiyyə binasında parlamentin ilk iclasının açılışında heyrət və qürur bildirən bir intonasiya ilə demişdi. Millətin hüququ, istiqlalı və xeyri ilə…

Tam mətn