Muəllif: İbrahim Nəbioğlu

SARI KÖYNƏK, MAVİ QALSTUK

2022-nin mart ayının əvvəli idi. Rus işğalının başlamasından 10-15 gün keçmişdi. Haber Global kanalından zəng elədilər ki, axşam 4 saatlıq canlı yayına dəvət edirik. Proqramın prodüserine “Kimlər olacaq studiyada?” sorduğumda biri sizin dostunuz Osman Gazi Kandemir Paşa, o biri de QU4TRO Siyaset Stratejileri Başkanı Elif Dördüncü Aydemir. Elif xanımı qiyabi tanıyırdım, Sorbonn universitetinde Xarici siyaset üzrə doktorluq yazmış bu qadının bəzi fikirlərini bəyənirdim. Amma Ukrayna məsələsinə münasibətini bilmirdim.

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

AY TANRISI ÇANYE

Uzaq keçmişlərdə, göydə on dənə Günəşin olduğu zamanlarda Çin torpaqları istidən yanırmış. Xalq su və məhsul qıtlığından məhv olmağa məhkum olmuşdu. Hou İ adlı bir oxatan xalqına kömək üçün Kunlun dağının zirvəsinə çıxaraq bir oxla doqquz Günəşi vurub yerə salır. Qalan tək Günəşə isə gecə gedib, şəfəqdə gəlməyi əmr edir. Hou İ xalqı xilas etdiyi üçün İmperator onu ölümsüzlük eliksiri ilə mükafatlandırır. Oxatan da mühafizə üçün eliksiri gözəllər gözəli arvadı Çanyeyə (Chang’e) verir.

Tam mətn
Muəllif: Hüseynbala Səlimov

RUSLAR NİYƏ BELƏ TƏLƏSİRLƏR?..

Ukraynada növbəti prezident seçkiləri deyilənə görə, martın 31-də olacaq. Bu minvalla kobzarların ölkəsindəki seçkilərə hələ üç ay qalıb. Amma gəl ki, ruslar artıq vurnuxmadadırlar.

Tam mətn
Muəllif: Qulu Məhərrəmli

Frau Merkelin bir cümləsi…

 Rusiyanın son münaqişələrdəki fitnəkar rolunu dünyaya necə anladır? Moskvanın Vnukovo hava limanında  təyyarənin Bakıya uçması rəsmi şəxslərin ləngiməsi səbəbindən 2-3 saat təxirə salınmışdı. Küçəyə çıxmaq mümkün deyildi, çünki dekabr şaxtası adamın iliyinə işləyirdi. Yaxşısı aeroportun kafesində çaydan-kofedən isti bir şey içib qızınmaq idi. Mənim soyuqdan büzüşdüyümü görən dövlət müşaviri, rəhmətlik Vəfa Quluzadə ikinci mərtəbəyə qalxıb çay içməyi təklif etdi.

Tam mətn
Muəllif: Vahid Qazi

Rusiya sindromu və Yalama döyüşü

  »Yalama» sənədli povestini axır ki, mən də oxudum. İstiqlal savaşımızdan danışır. Şərəfli tarixi olaydan bəhs edir. Arif Əliyev 96 il bizdən gizlədilən bir həqiqəti gün işığına çıxarıb. Elə bir həqiqəti tapıb ki, xəbər tutan hər vətənsevərin əti ürpəşir, fərəhdən ürəyi coşur, gözü yaşarır. Həm də qəlbi sızlayır… Arif bəyin tapıntısı bilirsən nəyə bənzəyir? Təsəvvür elə, uzun illər səni inandırıblar ki, anadangəlmə sağalmaz xəstəliyin var. Sən də ömrün boyu uğursuzluqlarının səbəbini bunda görmüsən.

Tam mətn
Muəllif: Redaksiya

Rusiya bizə döyüş təyyarələri satmaqdan imtina edib

Rusiya ermənilərin səyi nəticəsində Azərbaycana döyüş təyyarələri satmaqdan imtina edib. Rusiya aviasiya sənayesinə rəhbərlik edən erməni əsilli şəxslərin səyləri nəticəsində Su-27, Su-30 və MiQ-31 tipli döyüş təyyarələrinin alınmasına dair danışıqlar nəticəsiz qalıb. Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib. Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, Rusiyanın Birləşmiş Təyyarəqayırma Korporasiyasının, eləcə…

Tam mətn
Muəllif: Elxan Şahinoğlu

Saakaşvili narahatdır…

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyadan Azərbaycana qarşı ciddi təhlükənin olduğu fikrində qətidir. O, ilk dəfə bu təhlükənin var olduğunu Bakıya səfərindən dərhal sonra dilə gətirmişdi. Saakaşvili bu günlərdə məlum açıqlamasını bir daha təkrarladı. Saakaşvilinin hər dəfə eyni təhlükədən danışmasında bir neçə məqsədi var. İstisna etmirəm ki, Saakaşvili Bakıya…

Tam mətn