Muəllif: Zülfüqar Rüfətoğlu

Vətən qız övladını çoxarvadlı ərəbin ayağına niyə verməməlidir?

Əslində bunu məqalə yox, bir həmkarımın Facebook postuna şərh kimi yazmağa başlamışdım, amma belə alındı…Yəni həmişə kimi məqalə alındı… Həmin həmkarım Facebook-da yazırdı: “Dövlət vətəndaşına sahib çıxmalıdır! »Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq. Məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb. Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Tam mətn
Muəllif: Seymur Kazımov

İnsanı yaşat ki, dövlət yaşasın

Bu günlərdə həbsdən yenicə çıxmış bir nəfərlə rastlaşdım. Sözləri məni bir az təəccübləndirdi. Dedi ki, “içəridə” olanda daha rahat və sakit idi. Öncədən deyim ki, həmin şəxsin adını yazmayacağam, narahatam ki, yenə həbs edərlər. Az-çox ictimai fəal şəxsdir. Onun çıxışında məni, bəlkə də yazının əvvəlini oxuyanları təəccübləndirəcək məqam var; insan niyə həbsdə olanda rahat olsun ki?! Azadlıq, sərbəstlik dünyanın ən gözəl nemətidir.

Tam mətn
Muəllif: Redaksiya

Bu gündən arxa yan şüşələrə jalüz vurula bilər

Bu gündən etibarən nəqliyyat vasitələrində jalüzlərin istifadəsinə icazə verilib. Azərbaycan prezidenti vətəndaşlardan daxil olan müraciətləri nəzərə alaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə yay mövsümündə nəqliyyat vasitələrində jalüzlərin istifadəsi qaydalarının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib. Tapşırığa uyğun olaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə AZS…

Tam mətn
Muəllif: Redaksiya

Parisdə rəssam Arif Əzizin fərdi sərgisi açılıb

Parisdə azərbaycanlı rəssam Arif Əzizin fərdi sərgisinin açılışı olub. Arif Əziz Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin qrafik-dizayn fakültəsinin kafedra müdiri, Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü, professordur. Açılışda Parisin tanınmış sənət adamları və çox sayda media mənsubları iştirak etmişdir. Qonaqlar arasında Parisin ünlü dizaynerləri Jan Klod Jitrua, Kristof Gilarme, Tilman…

Tam mətn
Muəllif: İbrahim Nəbioğlu

Türkiyədə türk olmaq

İstambul İlber Ortaylı Türkiyənin məşhur tarixçilərindəndir. Populyar tarix kitabları, hazırladığı tv proqramları, xarizmasıyla seçilən və bəyənilən professor Ortaylının «millət» qavramı bu günlər xüsusi ilə aktualdır: «Özlərinə xas dili olanlara millət deyilir. Sonu «lı», «li» ilə bitənlərin soyu bəlirsizdir, qeyri-müəyyəndir. Amerikalı, kanadalı, perulu, pakistanlı, avstraliyalı, argentinalı, çilili, isveçrəli demək olar,…

Tam mətn
Muəllif: Aynurə Əhmədova

Hökumət taxılın alış qiymətini artırmaq istəyir

Bu il Dövlət Taxıl Fonduna tədarük olunan taxılın alış qiymətinin artırılması barədə müraciət olunacaq. Çünki ötən il fermerlər məhsulun aşağı qiymətə alınmasını əsas gətirərək ziyanla üzləşdiklərini bildiriblər. KTN onların əkinə marağını artırmaq üçün belə bir addım atacaq. Eyni zamanda ölkədə istehsal olunan yüksək keyfiyyətli buğda sortlarının alınması vacib hesab…

Tam mətn
Muəllif: Redaksiya

Yol polisini öldürən avtoxuliqana 14 il həbs verilə bilər

Bakıda yol polisini vuraraq öldürən avtoxuliqana 14 ildən artıq həbs cəzası istənildi. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Yol Polisi İdarəsi əməkdaşının ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Hüseyn İsmayılovun cinayət işi üzrə məhkəmə iclasında prokuror təqsirləndirilən şəxsə bu qədər müddət istəyib. Trend-in məlumatına görə, Hüseyn İsmayılova prokuror…

Tam mətn