İş adamının qatili məhkəmə qarşısında
Dələduzluq daha ağır cinayətlərə yol açırmış. İş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin cinayət işi buna əyani misaldır. Bu cinayət işi üzrə prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində start verildi.
Bu il iyunun 5-də, saat 15 radələrində Bakının Suraxanı rayonunda «Altun» istirahət mərkəzinin sahibi Asif…
Narko-situasiya: Düz bağırsağa xeyli mal «yükləyə» bilirlər
Xeyli sayda ifşa faktına, bu halların ictimailəşməsinə baxmayaraq narkotik alverçiləri İrandan ölkəmizə daxili orqanında (söhbət düz bağırsaqdan gedir) narkotik keçirmək cəhdlərindən əl çəkmirlər. Bu əcaib üsul barədə son günlər daha iki fakt açıqlandı. Dövlət Gömrük Komitəsindən «Trend»ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin «Qoşa Təpə» gömrük postunda İrandan gələn…
Rüşvət almaqdan heç kəs qorxmur
Korrupsiya və rüşvətxorluq üstündə son dönəmin xeyli sayda həbs faktları rüşvət almağa öyrəşmiş məmurları zərrə qədər qorxutmur. Necə deyərlər, dəyirman öz işindədir. Baş Prokurorluğun yeni korrupsiya faktlakı ilə bağlı yaydığı məlumatlardan çıxış etsək, enerji satışı, səhiyyə, sosial müdafiə sahələrində əlləri rüşvətə öyrəşənlər adətlərini tərgidə bilmirlər. Sumqayıt REŞ MMC-nin mühəndisi…
«Məndən qisas alırlar»
Bu adam — «Əsgəroğlu-K» MMC-nin direktoru Kazım Kazımov şoular mühitində ad çıxarmış Aygün Kazımovanın qardaşıdır, dələduzluqda təqsirləndirilərək məhkəmə qarşısına çıxarılıb. Özü də tək yox — şirkətin direktoru müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentina ilə birlikdə. Söhbət növbəti mənzil-tikinti fırıldağından gedir. Vətəndaşlar vicdansızcasına aldadılıb. Bu…
Adambaşına 10,6 litr içki…
Siqaret və alkoqollu içkilərə qarşı rəftarımız bununla bitir ki, bu məhsulların elektron KİV-də reklamına icazə verilmir. Amma bununla belə, Azərbaycanda ildə adambaşına 10,6 litr alkoqollu içki istehlak edilir. Bu isə yüksək rəqəm sayılır. Müqayisə üçün: Türkiyədə ildə adambaşına 3,5, İranda 1, Gürcüstanda isə 7 litr alkoqollu içki istehlak olunur….
Riçard Morninqstar: «İnsan alveri ilə bağlı mövcud statistika aysberqin görünən hissəsidir»
«Traffikinq termininə həm məcburi əməyə cəlb etmə, həm də cinsi istismar daxildir. Tək xarici vətəndaşlar deyil, ölkə vətəndaşları da traffikinqə məruz qala bilərlər». APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycan səfiri Riçard Morninqstar ATƏT Bakı Ofisi tərəfindən təşkil olunan «İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi»…