Muəllif:

İş adamının qatili məhkəmə qarşısında

Dələduzluq daha ağır cinayətlərə yol açırmış. İş adamını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Türkel Əsədullazadənin cinayət işi buna əyani misaldır. Bu cinayət işi üzrə prosesə Bakı Ağır Cinayətlər Məhkəməsində start verildi.

Bu il iyunun 5-də, saat 15 radələrində Bakının Suraxanı rayonunda «Altun» istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel Yeni Günəşlidəki «Badi-Kübə» mənzil-tikinti kooperativinə məxsus binanın qarşısında atasına məxsus ov tüfəngindən atəş açaraq MTK-nın işçisi Samid Məmmədovu öldürüb. Sonuncunun xalası oğlu, həmçinin MTK-nın təsisçisi və sədri Ədalət Qəmbərovu isə ağır yaralayıb. Sonuncu vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olub.

Müəyyən edilib ki, 2003-cü ildən təsis edilən «Badü-Kubə» alqı-satqı müqaviləsi əsasında 2007-ci ildə Ədalət Qəmbərov tərəfindən alınıb. Ədalət Qəmbərov kooperativ tərəfindən Yeni Günəşlidə 0.40 ha torpaq sahəsindəki yaşayış binasının inşasını davam etdirib.

Bu torpaq sahəsinin, eyni zamanda, qonşuluqda yerləşən «Altun» istirahət mərkəzinin sahibi Asif Əsədullazadə «Badü-Kubə»-nin təsisçisi Ədalət Qəmbərova müraciət edərək MTK-nın əvvəlki sahibi ilə aralarında olan şifahi razılaşmanı xatırladaraq, bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kv.m yaşayış sahəsi verilməli olduğunu bildirib.

Ədalət Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün Asif Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ədalət Qəmbərovla aralarında mübahisə yaranıb. Ədalət Qəmbərov binanın tikintisi ilə bağlı sənədləri tələb etdikdə Asif Əsədullazadə həmin sənədləri toplamağı boynundan atıb.

Bundan sonra, Ədalət Qəmbərov binanın tikintisi üçün müvafiq sənədləri toplamış və binanın sahəsi 2.000 kv.m-lik 13 mənzilin sənədlərini Asif Əsədullazadəyə təqdim edib. O vaxtdan bəri Asif Əsədullazadə ona verilməli olan payın qalan hissəsini həm məhkəmə yolu ilə, həm də qeyri-qanuni üsullarla tələb edib.

Müəyyən olunub ki, Asif Əsədullazadə və Ədalət Qəmbərov arasında olan mübahisə ilə əlaqədar Suraxanı rayon prokurorluğunda CM-nin 145 (qanunsuz azadlıqdan məhrum etmə) və 186.1-ci (əmlakı qəsdən məhv etmə) maddələri ilə ibtidai istintaq aparılaraq icraatı dayandırılmış, Nərimanov polisi İstintaq şöbəsinin icraatında olan 1 iyun 2012-ci il tarixdə CM-nin «xuliqanlıq» maddəsi ilə başlanmış cinayət işləri mövcuddur.

Eyni zamanda, «Badu-Kübə»-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsındən daxil olmuş cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılır.

İstintaq müəyyən edib ki, «Badu-Kübə» MTK-nın təsisçilərindən olan Nəsib Əliyev və Zaur Cabbarov müxtəlif vaxtlarda rəsmi sənədlərdən istifadə etməklə MTK tərəfindən tikintisi başa çatdırılmamış binada mənzilləri 101 vətandaşa təkrarən sataraq 3.883.332 manat məbləğində pulu, o cümlədən «A.R.&Ko» MMC-nin direktoru Asif Əsədullazadə «Badu-Kübə» MTK-nın inşa etdiyi yaşayış binasından mənzilləri 21 vətəndaşa təkrarən sataraq 632.538 manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək külli mıqdarda ziyan vurmaqla dələduzluq ediblər.

Nəsib Əliyev, Zaur Cabbarov, Asif Əsədullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin dələduzluq və digər cinayətləri üzrə istintaq davam edir.

Bu qalmaqallı dələduzluq olayında əli qana batan Türkel Əsədullzadənin cinayət işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib və məhkəmə baxışı təyin edilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 296