Muəllif:

Azərbaycan jurnalistləri həbs etməklə dünyaya əks-səda salıb

 

 

Dünyada həbs olunan jurnalistlərin sayı rekord səviyyəyə çatıb. Bu barədə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin (BJMK) hesabatında  deyilir. Bu göstərici 1990-cı ildən maksimum həddə çatıb. Ən pis vəziyyət Türkiyədədir. Komitə müəyyən edib ki, bütün dünya üzrə həbsdə olan jurnaıistlərin sayı 2012-ci il dekabrın 1-i üçün 232 nəfərə çatıb ki, bu da 2011-ci ilin göstəricisindən 53 nəfər çoxdur.

Mətbuat işçilərini həbs edən ölkələrin hər birinin hakimiyyəti dissident siyasi baxışları, o cümlədən etnik azlıqların fikirlərini boğmaq üçün dövlət əleyhinə fəaliyyət haqqında qanunlardan geniş istifadə ediblər. 2012-ci ildə jurnalistlərə qarşı ən çox irəli sürülən ittihamlar dövlət əleyhinə  fəaliyyət, terrorizm, xəyanət və pozuculuq fəaliyyəti ilə bağlı olub.

Bu cür hallar ən çox Türkiyədə, İranda və Çində yayılıb. Eritreya və Suriya da bu göstərici üzrə dünyanın ən pis ölkələrinin sırasına daxil olub. Dünya üzrə 63 jurnalist ilkin ittihamlar olmadan həbs altındadır. Bu sahədə 10 ən pis ölkə qrupunu Vyetnam, Azərbaycan, Efiopiya, Özbəkistan və Səudiyyə Ərəbistanı tamamlayır. Həmin qrupa daxil olan iki ölkədə Azərbaycan və Özbəkistanda hakimiyyət tənqidi əhval-ruhiyyəli jurnalist və redaktorların həbsi üçün narkotik maddələrin saxlanması və xuliqanlıq ittihamlarından istifadə edib.

Türkiyədə 49 nəfər KİV işçisi həbsdədir. Həbslərə səbəb kürd təşkilatlarının fəaliyyətinin işıqlandırılması, həmçinin hakim partiyanın fəaliyyəti haqda incə mövzuların araşdırılmasıdır.

İranda 45 jurnalist həbsdədir. Onların həbsi 2009-cu ilin qalmaqallı prezident seçkilərindən sonra başlayıb.

Çində 32 jurnalist-blogerdən çoxu dövlət əleyhinə fəaliyyətə görə mühakimə olunub. Onların 19-u 2008-ci ildə Sintszyanda baş vermiş etnik münaqişəni işıqlandıran  tibetli və uyğurlardır.

Siyahıda 7-ci olan Azərbaycan hakimiyyəti Bakıda iki böyük tədbirin – Eurovision -2012 mahnı müsabiqəsinin və  İnternet İdarəçiliyi üzrə Qlobal Forumun keçirilməsi zamanı dissidentləri sərt şəkildə təqib edib. 9 jurnalist müxtəlif ittihamlarla həbsə alınıb. BJMK hesab edir ki, narkotik maddənin saxlanması və zorla pul tələb edilməsi ittihamları peşə fəaliyyətinə görə jurnalistləri cəzalandırmaq üçün uydurulub.

10 ölkədən ibarət siyahını Özbəkistan və Səudiyyə Ərəbistanı bağlayır.  Bu barədə Contact yazır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154