Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Rusiya, Bəhlul Divanə və Putin

Ankara Putin Bakıya gəlir. Düşünürəm ki, bundan da böyük bəd xəbər ola bilməz. Bütün hallarda onun səfəri, siyasi iqtidara deyə bilmərəm, amma Azərbaycana yaxşı heç nə vəd etmir. Sabiq xarici işlər naziri Tofiq Qasımov deyirdi ki, böyük dövlətlərlə uzaqdan-uzağa dostluq etmək daha məqsədəuyğundur. Rusiya isə elə böyük dövlətlərdəndir ki,…

Tam mətn

Oturmayan erməni

Ankara Qarabağ münaqişəsinin ilkin mərhələsində meydanlara toplaşan kütlələri idərə etmək üçün bəsit olduğu qədər də səmərəli bir vasitə vardı — «oturmayan erməni», «sağ əlini qaldırmayan erməni» və sairə. Tez bir zamanda siyasi opponentlərin bir-birinə qarşı mübarizəsinin, bir-birini qaralamasının da ən səmərəli vasitəsinə çevrildi. Bir-birimizin əcdadlarını araşdırmağa başladıq ki, bəlkə…

Tam mətn

Allaha qarşı üsyan edənlər

Ankara «Yalançı-ALLAHA qarşı üsyan edən, lakin insanlardan qorxan bir axmaqdır…» (Frensis Bekon) Sən demə, fil qulağında yatmışıq. Axı qəzetləri oxumuruq. Bütün Dünya alternativsizlik sindromuna düçar olub. Məsələn, Birləşmiş Amerika Ştatlarının əhalisi əmindir ki, indiki prezident Barak Obamanın yaxın 20 il üçün heç bir alternativi yoxdur. Ona görə…

Tam mətn

Avropaya örnək Azərbaycan haqqında lətifə

Ankara Dostoyevski ən çox sevdiyim yazıçılardan biridir. Daha doğrusu ən çox sevdiyim yazıçı-filosofdur. Bunu etiraf edən kimi məni qorxu bürüdü. Qorxdum ki, bu etirafım bəzilərinə məni Hitlerlə müqayisə etməyə imkan versin. Deyə bilərsiniz ki, bu nə cəfəngiyatdır. Mən hara, Hitler hara. Axı mən nəinki Almaniya kimi böyük Avropa dövlətinin,…

Tam mətn

Cənnət və Cəhənnəm haqqında pritça…

Ankara Cəhənnəm (yəhudicə gehinnom — «Hinnom vadisi») — əksər dini təlimlərə görə əbədi əzaba düçar edilmiş günahkarların ruhlarının məskəni. İslam dininə görə 7 təbəqədən ibarət cəhənnəm üzərindən qıldan nazik Sirat körpüsü çəkilmişdir. Günahkarlar körpüdən yıxılıb cəhənnəmə vasil olurlar. Yer üzündəki cəhənnəmi öz gözlərimlə görmüşəm, özü də bir dəfə deyil,…

Tam mətn

Haqq-hesab çəkmək vaxtı

Ankara Vallah-billah, mənə bəzən elə gəlir ki, son 20 ildə ölkəmizdəki iqtidarın adı Yeni Azərbaycan Partiyası deyil. Bəzən məndə elə təəssürat yaranır ki, Azərbaycanda fransız sosialistlərindən, ABŞ demokratlarından və Vahid Rusiya Partiyasından ibarət bir koalisiya hakimiyyətdədir. Yeni Azərbaycan Partiyası isə ən yaxşı halda iqtidardakı bu koalisiya yanında ala-yarımçıq xalq…

Tam mətn

Yalanı ovuclayıb udmağa hazırıq

Ankara Müdriklər demişlər ki, yalan ayaq açar, yeriməz. Doğrudan da, buna inanmaq istərdim. Lakin gerçək həyat mütəmadi olaraq əksini sübut edir. Bəzən düşünürəm ki, əksər hallarda toplum gerçəkləri dəyişmək əvəzinə yalanı həqiqət kimi qəbul etməyə üstünlük verir. Söhbət, sözsüz ki, hər toplumdan deyil, Azərbaycan toplumundan gedir. Böyük fransız mütəfəkkiri…

Tam mətn