Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Siyasi iradəyə inanmaq olarmı?!

Ankara Kimliyindən asılı olmayaraq, hər bir fərd vətəndaşı olduğu dövlətin hüquq-mühafizə orqanlarına və bütövlükdə iqtidarına güvənməlidir. Vətəndaşda bu güvən hissi olmadan cəmiyyət-dövlət münasibətlərində hətta qismən belə harmoniya yaratmaq mümkün deyil. Əslində dövlət öz davranışı ilə vətəndaşda özünə güvən yaratmalıdır. İlk baxışdan burada mürəkkəb heç nə yoxdur. Əslində cəmiyyət-dövlət, hakimiyyət-vətəndaş…

Tam mətn

Ədalət axtarışında

Ankara «Qarabağ heç vaxt bugünkü qədər bizimki olmayıb». Yəqin ki, bu cümlənin səsləndiyi şərait bir çoxlarının yadındadır. Qarabağ üzərində nəzarəti itirməyə başladığımız dövrlər idi. Bunu hamı başa düşürdü. Həmin zalda oturanlar isə, yəqin ki, hamıdan daha yaxşı başa düşürdülər. Ən azından onların böyük bir qismi. Amma yenə də bu…

Tam mətn

Əxlaqsızlıq yarışı

Ankara Bakı Şəhər Baş Polis İdarəsinin mayın 15-də gecə saatlarında keçirdiyi əməliyyat nəticəsində əxlaqsızlıqla məşğul olan 45 qadın və onlarla birgə 8 kişi saxlanılıb. Kişilərin hamısı Azərbaycan, qadınların isə əksəriyyəti Özbəkistan vətəndaşlarıdır. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən «Turan»a bəlli olub ki, saxlanılan qadınların əksəriyyəti 17-20 yaşlarındadır. Əməliyyat Bakının Nəsimi rayonunda «Nizami»…

Tam mətn

Problemlərimizin İslamla heç bir əlaqəsi yoxdur

Ankara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrailin Suriya ərazisini bombalamasını pisləyən bəyanat yayıb. QMİ bu bombardmanı Suriyanın suverenliyinə qəsd adlandırır. Suriyada məscidləri partladan qüvvələrin əməlləri «vandalizm aktı» kimi dəyərləndirilir və bu hallara etiraz ifadə olunur. Müəlliflər bütünlükdə Suriyada beynəlxalq hüquqa zidd hadisələrin cərəyan etməsindən narahatlıq bildirirlər. «Hər hansı suveren dövlətin…

Tam mətn

Mərdanovun suçu nə?!

Ankara Təhsil naziri Misir Mərdanov işdən azad edildi. Prezidentin imzaladığı sərəncamda nazirin vəzifədən azad olunmasına heç bir səbəb göstərilmədi. Rəsmən hər hansı digər formada da cənab Mərdanovun işdən azad edilməsinin səbəbləri açıqlanmadı. M.Mərdanovu çoxdan tanıyıram. Söhbət şəxsi tanışlıqdan getmir. Bu «xoşbəxtlik» mənə hələ ki nəsib olmayıb. Amma, necə deyərlər,…

Tam mətn

Toya da, yasa da qadağa

Ankara Bu günlərdə Mediaforum saytından xəbər aldım ki, İsa Qəmbərin oğlunun toyu baş tutdu. Çox sevindim. Özü də bir deyil, birdən-birə iki səbəbdən sevindim. Əvvəla, İsa Qəmbəri ürəkdən təbrik və gənclərə isə xoşbəxtlik arzu edirəm. Tanrı hamımıza bu cür xoş günlər nəsib etsin. İkincisi, bu toyun baş tutmasını texniki…

Tam mətn

Almaniyanı da «abıra salacağıq»

Ankara «Hacı Kərimin Aya səyahəti» tamaşasında ölməz komik aktyorumuz Bəşir Səfəroğlunun yaratdığı Hacı Kərim obrazı orta və yaşlı nəsil nümayəndələrinin çoxunun, yəqin ki, yadındadır. Ay yolçuluğuna çıxmağa hazırlaşan Hacı Kərim ömür-gün yoldaşını özü ilə aparmaq istəmir. Səbəbi də odur ki, qadınları Aya buraxmırlar. Çünki aydakıların hamısı «lüt-madərzatdır». Ona görə…

Tam mətn