Rauf Mirqədirov

1961-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. “Azadlıq” qəzetinin yaradılmasında iştirak edib. Müxtəlif vaxtlarda “Ayna-Zerkalo” qəzetlərinin müxbiri, şöbə müdüri, baş redaktor müavini, siyasi şərhçisi, Türkiyə təmsilçisi olub. “Şərq” informasiya agentliyində, “Monitor” jurnalında, “Millət” qəzetində çalışıb. “Bu gün” qəzetinin baş redaktorunun müavini, “Demokratik Azərbaycan” qəzetinin redaktoru olub. “Humay”, Zərdabi, “Media açarı” mükafatlarının, Herd Buserius adına “Şərqi Avropada söz azadlığı uğrunda” beynəlxalq mükafatının laureatıdır. Azərbaycanın əməkdar jurnalistidir. 2014-cü ilin aprelində Dövlətə xəyanət ittihamı ilə həbs edilib. 23 ay həbsdə saxlanıldıqdan sonra azadlığa çıxıb.

Mənəvi bakirəliyi qorumaq cəhdi

«Gedən cismimdir, ruhum sizinlədir». Soruşa bilərsiz ki, «Nəsimi» filmindən hamımızın yaddaşına həkk olunmuş bu fəlsəfi fikirlə bu günümüzün gerçəkləri arasında nə əlaqə ola bilər. Amma var… Əslində, bu günlərdə mənəvi cəhətdən çox ağrılı bir dönəmdən keçirəm. Bəlkə də ona görə ki, nə vaxtsa qarşılaşacağıma inanmaq istəmədiyim,…

Tam mətn

Gənc «narazılar» və qulaqkəsdirən Hafiz

NİDA hərəkatının həbsdə olan 7 fəalına və «Azad gənclik» təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı CM-in 220.1 maddəsi (yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların təşkili) üzrə yeni ittiham irəli sürülüb. Bu barədə onların vəkilləri məlumat veriblər. Martın 7-də NİDA fəalları Bəxtiyar Quliyev, Şahin Novruzov və Məmməd…

Tam mətn

Saakaşvili, İvanişvili və Diokletian

Gürcüstanın baş naziri Bdzina İvanişvili bəyan etdi ki, 3 aydan sonra, yəni yeni prezident seçiləndən sonra vəzifəsindən istefa verəcək. Düşünməyin ki, bu, Konstitusiyanın tələbidir. Postsovet məkanındakı dövlətlərdə Konstitusiyanı saya alan kimdir ki?! İstədikləri vaxt, istədikləri kimi dəyişirlər. Əllərində deyil? Bdzina İvanişvilinin özü də partiyası parlament seçkilərində…

Tam mətn

Günah coğrafiyadadır

Bu yaxınlarda bir həqiqəti özüm üçün kəşf etdim. Hər bir yeniliyin, hər bir icadın beşiyində biz, yəni şərqlilər varıq. Amma heç bir işin axırına çıxmırıq, heç bir icadın bəhrəsini görmürük. Misal üçün. Deyirlər ki, müsəlman Şərqində ilk demokratik respublikanı biz yaratmışıq. Ola bilər. Yəni bu bir…

Tam mətn

16 manat 50 qəpik

1 sentyabr 2013-cü ildən məcburi köçkünlərə yemək üçün verilən aylıq müavinət 10% artırılır. Maraqlıdır ki, bu müavinətin məbləği cəmi 15 manat təşkil edirdi. Beləliklə, artım cəmi 1,5 manat təşkil edəcək. Yəni innən belə məcburi köçkünlər 16 manat 50 qəpik yemək pulu alacaqlar. Ümumiyyətlə bizdə seçkilər öncəsi seçicilərə dövlət…

Tam mətn

Qorxuram, qorxuram, qorxuram

Ankara Vallah-billah, söz verirəm ki, bir də zarafat etməyəcəyəm. Çünki qorxuram. Əvvəla, özüm özümdən qorxuram. Bəxtim yoxdur. Zarafat edirəm. Bir də görürəm ki, bəzi yuxular kimi çin çıxır. İsa Qəmbərə öz oğluna Bakının mərkəzindəki şadlıq evlərindən birində toyunu keçirməyi qadağan etdilər. Mən də zarafatla məsləhət verdim ki, bütün…

Tam mətn

Ağıllı başlar və dahiyanə fikirlər

Ankara Heç yadımdan çıxmaz. İskəndər Həmidovun daxili işlər naziri olduğu vaxtlar idi. Bir də eşitdik ki, demə, özümüzdən xəbərsiz nüvə silahına malik dövlətlərin klubuna daxil olmuşuq, artıq bir neçə atom bombamız da var. Kimsə bəyan etdi ki, cənab Həmidov həmin bu atom bombalarını Daxili İşlər Nazirliyi binasındakı istirahət…

Tam mətn