Pərviz Cəbrayıl

AXMAĞIN BİRİ, AXMAQ…

Hər bir yazıçının xüsusi həyəcan keçirdiyi bir məqam var. Onunçün zaman və məkan iki hissəyə bölünür. Biri, əsərini yazandan əvvəlki, biri də sonrakı. İzah edim. “Yad dildə” romanım yazılmamış İçərişəhər, Şirvanşahlar Sarayı, Nizaminin, Natəvanın heykəli, “Azərbaycan” kinoteatrı, Qoşa Qala qapısı mənimçün adiydi. Roman nəşr olunandan bir xeyli sonra gecə vaxtı yolum təsadüfən oralardan düşdü. Gözümə və özümə inana bilmədim. Sanki tanıdığım yerlərə yox, Məlikməmmədin nağılını oxuyandan sonra düşdüyü yeraltı dünyaya düşmüşdüm.

Tam mətn

DEYİN, MƏN NƏ ETMƏLİYƏM?

Ölkə əhalisinin sayı on milyona çatıb. Körpələri və yetkinlik yaşına çatmayanları bir yana qoysaq, nə qədər adamın oxuma-yazma bildiyini təsəvvür etmək olar. Yəni bu ölkədə ən azı 5 milyon adamın oxucu olma ehtimalı var. Bunun iki milyon yarımını da oxumağa meyli, həvəsi olmayanlar hesab edək. Yarısı qaldı. Onun da milyon yarımını ədəbiyyata yad adam hesab etsək, yerdə bir milyon xalis oxucu qalır.

Tam mətn

DİLİMİZİN DİLSİZLİYİ…

Millət var — özü tarix səhnəsindən çəkilir, dili qalır, millət var — özü qalır, ancaq dili ölüb gedir. Sözün düzü, indi girinc qalmışam, biz hansındanıq? Yəqin çoxu düşünəcək, bu nə söhbətdir, əlbəttə, biz heç birindən deyilik. Mənə isə elə gəlir ki, bu anda biz elə hər ikisindənik. Həm özümüz yavaş-yavaş ölüb gedirik, həm dilimiz. Hər ikisini düşünmək adamın ürəyini ağrıdır.

Tam mətn

SƏN SAYDIĞUVU SAY, BAYRAM…

Bayram Kürdəxanılı öldü. Onu maşın vurub öldürdü. Bəs bizim bayramlar niyə öldü? Onları kim vurdu, nə vurdu? Həm bilmirəm, həm bilirəm. Siz də bildiyinizi bilin. Onsuz da mən hamının bildiyindən artıq heç nə bilmirəm. Bildiyim bizim kənddə bayramın necə ölməsidi. Onu dəqiq xatırlayıram. O günə kimi Novruzda dərsdən sonra uşaqlar, işdən sonra isə yaşlı-başlı kişilər kəndin ana küçəsinə, babamgilin tuşundakı açıq meydana yığışar, yumurta çaqqışar, yumurtahellətdi, küləbasdırma, təkmənəcüt oynayar, onların bizə qoşulması bayramımızı birə on artırardı.

Tam mətn

BU ÖLKƏDƏ DOST QATİLİ OLMAQ…

— Daha dözə bilmirəm. Maşınımı, krediti hələ tam bitməmiş evimi, bütün əşyalarımı, mebelimi, nəyim varsa hamısını satıb gedirəm, baş götürüb qaçıram bu ölkədən. Gəl, sən də daşı ətəyindən tök, birgə gedək! — … — Biz bir gün görmədik, barı uşaqlarımız görsün, insan kimi yaşamağın nə olduğunu bilsin, bilsin ki, dünyaya niyə gəlib! Niyə? Ona görə gəlib ki, bu dünyada adam kimi yaşayıb, həyatdan zövq alsın, ömür başa çatanda da, gözü arxada qalmadan çıxıb getsin. Hə, nə deyirsən?

Tam mətn

Xəyanətin qədim, unudulmuş adı…

Əvvəlcə bir kişi xəyanətinin xəbəri gəldi: qadın xəyanət edən ərinin kişiliyini kəsib… Sonra qadın xəyanəti ilə bağlı xəbər və video! Kişinin iddia etdiyinə görə, gənc, yaraşıqlı qadını kiminləsə görüşüb, kişi bilib, ya hadisə üstündə yaxalayıb, bu anlaşılmır, qadını eşşək sudan dönənə qədər döyüb, saçını qırxıb, söyə-söyə videoya çəkib, öz psevdokişi aləmində qadından, ona tərbiyə verən valideynlərdən, onun bütün nəslindən, yeddi arxadönənindən qısas alıb, kişi eqosunu təmin edib.

Tam mətn

ABELİ SEVMƏK…

Son vaxtlar heç belə parlaq gündəm hadisəsi baş verməmişdi. BDU-nun rektoru Abel Məhərrəmovun vəzifəsindən azad edilməsini deyirəm. Xəbər bomba kimi partladı. Üstəlik, arxasında çox müəmmalı hadisələrin dayanması, məlumatsızlıq, dedi-qodu, şayiələr məsələni daha cəzbedici etdi.

Tam mətn