Pərviz Cəbrayıl

İlyas Ərnəfəsin dizləri

Bir gün xas şair Əlisəmid Kürü gördüm, məndən öndə gedirdi. Tanımadığım bir adamla üzü “Azərbaycan nəşriyyatı”na tərəf irəliləyirdi. Nə haqdasa qızğın-qızğın danışırdı. Ancaq danışan təkcə Əlisəmidin dili deyildi, əli-ayağı, addımları, saçı, çiyinləri, kəsəsi, bütün bədəniylə danışırdı. Danışa-danışa ara-bir dönüb sağa-sola, göyə, yerə, geriyə baxırdı. Geriyə baxırdı, ancaq məni görmürdü. Bir də arxaya döndü. Üzünə baxdım. Əlisəmidin üzü üz deyildi – bütün dərin qırışlarıyla ovcunun içiydi.

Tam mətn

Anama arvad alıram…

Tanış olmayan bir nömrədən zəng gəldi. Hardasa 18 il məni unutmuş bir uzaq qohumummuş. Ənənəvi xoş-beş-on beş. Ev-eşik, həyət-baca, toyuq-cücənin vəziyyətini xəbər alandan sonra keçdi mətləbə. 20 ildən bəri İsveçrədə yaşayır. İndi 44 yaşı var. Hə, mənə niyə zəng vurub? Çünki mən savadlı, dünyagörmüş, səviyyəli adammışam. Savadım nəyə yarayırmış? Yazıçılığamı? Xeyr! O qardaşa qız tapmağa! Bəli-bəli, qız tapmağa. Adam nəhayət evlənmək fikrinə düşüb, bu işdə də ona yardım edəcək ən məqsədəuyğun adam mənmişəm.

Tam mətn

Kəndimizdə elə bilirlər ki, mən…

1992-ci ildi. “Azadlıq” qəzetində işləyirdim. Cəbhə hakimiyyətdəydi. Prezident Əbülfəz Elçibəydi. 22 yaşım vardı. Ara-sıra reportajlar yazır, bir növ nəsr məşqləri edir, özümü nəsrin gələcək işgəncələrinə hazırlayırdım. Gələcək isə sözün həqiqi mənasında gələcəkdi. Parlaqdı. Az qala onun geniş üfüqlərini görür, hətta əlimi uzatsam, çatacağını hiss edirdim. Ancaq tələsmirdim. İllər öndəydi və hər şeyin öz vaxtının olduğunu bilirdim. İçim yaradıcı enerjinin entuziazmı-vəcdilə dolub-daşır, heç nəyə ümid bəsləmirdim.

Tam mətn

Uşaqlar birdən qışqırdı ki, atamız ölüb…

Fevralın 4-də 15-dən çox azərbaycanlı ailə xüsusi reyslə Azərbaycana göndərilmək üçün Düsseldorf hava limanına aparılıb. 7 övladı olan Səbuhi adlı mühacir isə Azərbaycana dönməmək üçün damarlarını doğrayıb. Səbuhinin həyat yoldaşı Könül Hüseynova deyib: “Polislər deportasiya qərarını icra etmək üçün Kasseldə yaşadığımız evə gəldilər. Yoldaşım tualetə getdi, qayıtmadı. Uşaqlar birdən qışqırdı ki, atamız ölüb. Səbuhi damarlarını doğramışdı, qanı axıb dəhlizə qədər çıxmışdı. Bir qədər bundan əvvəl də soydaşlarımızdan biri beləcə, eyni səbəbdən intihar etmiş, dünyasını dəyişmişdi.

Tam mətn

20 ilin müxalifət lideri…

Gözüm yaraşıqlı, üzü tanış olmayan bir azərbaycanlı görücünün rusca  reklamına sataşdı, saytına girdim: “Pulsuz diaqnostik seansdan keçin və görücü …-filankəsin yardımından yararlanın! Bu ulduz falı bu günə kimi çox gizli saxlanılıb! Bu proqnozlar YÜKSƏK gəlir əldə etmək üçün nə lazım olmasıyla bağlı sizə 100%-lik dəqiq təlimat verir! Ekstrasens Х. ona verilmiş ilahi verginin boşuna getməsini istəmir. Buna görə də o, arzu edən hər kəsə kömək edir.

Tam mətn

Diringi-dəngiş Nəsiminin xalqı…

Sovet dövründə tərcümeyi-hallarda mütləq şəxsin gəldiyi ailənin sosial mənşəyi haqda bir cümləni qeyd edirdilər – məsələn: “Ziyalı ailəsində doğulmuşam”. Ziyalı kim idi? Sadəcə, oxumuş, savadlı adam. Müəllim idisə, ziyalı sözünü əlini ürəyinin üstünə qoyub çox arxayın şəkildə yaza bilərdin. Yox, atan, ya anan sadəcə ali təhsilli məmurdusa, o cümləni yazanda bir az böyür-başına baxırdın, üzün xəfifcə qızarırdı. Yəni insanlar sövq-təbii bilirdilər ki, yox, bu ziyalı deyilən şey nəsə başqadı… Gələk öz çağımıza. Bəs indi kimdir ziyalı?

Tam mətn

Acların fəlakət bayramı

Dünyanın elə bir ölkəsi yoxdur, verilən təbii fəlakət tərkibli proqnoza, qorxulu məlumata sevinsin. Proqnoz düz çıxmayanda isə sevinməyib kədərlənsin, acıqlansın. Azərbaycan istisnadır. Hidrometeorologiya Departamentinin 17-18 yanvar tarixləri üçün verdiyi qasırğa proqnozu, Təhsil Nazirliyinin bununla bağlı təhsil müəssisələrində ikigünlük tətil əmri, uyğun nazirliklərin fəlakətə hazırlıq işləriylə bağlı həyəcanlı məlumatları, sosial şəbəkələrdə yayılan hay-küylü, vahiməli şayiə səs yazıları bunu aydın göstərdi. Bütün bu həyəcan, vahimə, qoxulu bildirişlər vətəndaşlarımızda qorxu yaratmaq əvəzinə bayrama hazırlaşan uşaqların sevinci şəklində üzə çıxdı.

Tam mətn