Kamran Mahmudov

“Qarabağa azadlıq” və səmimiyyət

Qarabağın geri qayıtmasını istəyən 2 min nəfər. Bu rəsmi məlumatda göstərilən rəqəmdir. Bu rəqəm sizi bilmirəm məni çox düşündürdü. Söhbət sentyabrın 29-da Qarabağ komitəsi tərəfindən Məhsul stadionunda keçirilən “Qarabağa azadlıq” mitinqindən gedir. Qarabağ hamının, iqtidarlı-müxalifətli hər kəsin yaralı yeridir. Bir sözlə, ümummili məsələdir. Bəs onda niyə bu mitinqə bu qədər az adam toplaşmışdı? Özü də Qarabağ ətrafında maraqlı proseslərin getdiyi bir dövrdə.

Tam mətn

Əsas Sual

Bakının işğaldan azad olunmasının 100 illiyini yaşadıq. Nə az, nə çox. Düz 100 il. Millət olaraq, xalq olaraq, dövlət olaraq 100 il bundan əvvəl olanları yenidən xatırladıq. Bu münasibətlə hətta Bakının mərkəzində möhtəşəm parad da keçirildi. İqtidarlı, müxalifətli hər kəs, bir yerdə olmasa da, həmrəy olub bu günü bayram etdi. Dövlət, qeyri-dövlət tədbirləri keçirildi. Fəxrli, fərəhli, qürurlu bir gün yaşadıq. Bakının mərkəzində “mehtər marşı”nın sədaları altında Osmanlı ordusuna məxsus göstərilər də nümayiş olundu.

Tam mətn

Daha bu ölkədə jurnalist işləmək olmur

Daha bu ölkədə jurnalist işləmək olmur. Niyəsini deyim. Bir həftə ərzində özümün yaşadığım, şahidi olduğum 3 məsələni yazacağam. Bildiyiniz kimi freelancer kimi bir neçə yerli və beynəlxalq media ilə əməkdaşlıq edirəm. Yazı vərdişimi ununtmamaq üçün hərdən həmin media orqanlarına yazılar göndərirəm. Bu ölkənin mediasında yazmaq istədiyim, görmək istədiyim yazılardan. Bizim mediada belə mövzular yayımlanmadığı üçün bu cür yazıları əsasən beynəlxalq mediada dərc etdirirəm. Son yazılarımdan biri Vəkillər Kollegiyasının fəaliyyətinə həsr olunmuşdu. Daha doğrusu qurumu tənqid etmişdim.

Tam mətn

Alman jurnalistinə minnətdarlıq

Nəhayət ki, Almaniya kansleri Anqela Merkel Azərbaycana gəldi.  Amma xanım Merkelin səfərindən artıq günlər keçməsinə baxmayaraq bu məsələnin hələ gündəmdə olması bir daha sübut edir ki, kanslerin səfərinə ictimaiyyətin maraq və diqqəti xeyli böyükdür. Hələ bu səfərdən öncə bu barədə yazılanları da üstünə gəlsək, demək olar ki, bu səfərə nəinki Azərbaycan ictimaiyyətinin, hətta dünyanın marağı böyük idi. Sözüm onda yox. Səfər çərçivəsində adəti üzrə görüşlər, müzakirələr, mətbuat konfransı da keçirildi.

Tam mətn

Bağlanan media saytları və bloklanan porno saytlar

İki gündür sosial şəbəkələr az qala dağılır. Uşaqdan böyüyə, yeniyetmədən ağsaqqala, gəncindən qocaya qədər hər kəs pornosaytların bloklanmasından yazır. Deməli, bizim çox-çox yüksək nazirliyimiz olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə ərazisində pornosaytlara girişi məhdudlaşdırıb. Bu da sosial şəbəkələrdə böyük narazılığa, hiddətə, qəzəbə səbəb olub. Və insanların çoxsaylı reaksiyalarından belə qənaətə gəlmək mümkündür ki, demə, ölkədə ən çox giriş yapılan saytlar elə məhz bu saytlar imiş. Xəbər saytları yox ha, porno saytlar.

Tam mətn

Bayram təbriki

Milli mətbuat gününə az qalıb. Yenə sosial şəbəkələri xonçalar, tortlar, hədiyyələr bəzəyib. Adamın lap ürəyi açılır. Az qala sevinəsən ki, bu ölkədə jurnalistlərə necə yaxşı qiymət verilirmiş. Hökumət, nazirliklər, idarələr, təşkilatlar, hətta holdinqlər, şirkətlər jurnalistlərə, mediaya, mətbuata necə gözəl diqqət və qayğı göstərirlərmiş. İndi hansısa ağıllı çıxıb yazacaq ki, əgər hökumət jurnalistlərə qiymət verməsəydi, onlar üçün ev paylamazdı. Əgər hökumət medianın qayğısına qalmasaydı, onlara hər il 1 -2 milyon pul ayırmazdı. Düz deyirlər. Nə deyim. Edirlər vallah.

Tam mətn

Açıq qalan suallar

İsti və stressli yay günlərini yaşayırıq. İstilik bizi bir yandan, ard-arda gələn neqativ xəbərlər isə bizi o biri yandan yorur. Bir sözlə,  gündəm o qədər doludur ki, bu isti günlərdə vaxt edib istirahət də edə bilmirik. Gəl indi bu neqativlərlə, stresslə, istirahətsiz il boyu işlə. Nəysə, sözüm onda yox. Onsuz da illərdir istirahət etmirik. Freelancer hara, istirahət hara. Biz hər il elə yayda da, bayramlarda da işləməyə məhkumuq. Daha doğrusu, məcburuq.

Tam mətn