Kamran Mahmudov

Ruhumuzu incidən qəhrəmanlar

Prezident əfv sərəncamı imzaladığı gün müxalifət təşkilatlarından birinin nümayəndəsi ilə söhbət edirdik. Həmin gün sosial şəbəkələrdə, mediada prezidentə edilən təşəkkürlər, minnətdarlıqlar daha çox yer alırdı. Bu əfv sərəncamı ilə adı siyasi məhbus siyahısında olan nə az-nə çox düz 52 insan haqqı olan azadlığına qovuşacaqdı. Və ilk dəfə idi ki, bu qədər siyasi məhbusun azadlığına vəsilə olacaq sərəncam imzalanmışdı.

Tam mətn

Şeytanın xidmətçiləri

Allah şeytana lənət eləsin. Bu kəlmə son günlərin trendinə çevrilib. Yəqin hardan gəldiyini bilirsiz. Məlum videodan. Açığı desək, Mehman Hüseynovla onu şərləyən Əli Abdalovun barışması videosunda bütün günahların şeytanın boynuna qoyulması və ona lənət oxunmasının şahidi olduq. Nəysə… Allah şeytana bir daha lənət eləsin. Sözüm onda yox. Dini inanc sahibi olsam da, dindar deyiləm. Ola bilsin ki, bu yazdıqlarıma görə dindarlar da məni günahlandıracaqlar. Amma bəzən insanın etdiklərindən heç şeytan da baş açmır.

Tam mətn

Çaşan dillər və üzə çıxan həqiqətlər…

Atalar yaxşı deyib: “Dil çaşar, düzünü deyər”.  Qərara gəldim ki, son günlər çaşan dillərin dedikləri həqiqətlər haqda yazım. Son günlər həbsdə olan bloger Mehman Hüseynovun ona qarşı irəli sürülən əlavə ittihama etiraz əlaməti olaraq aclıq aksiyasi elan etməsi gündəm mövzusudur. Media, sosial şəbəkələrdə hər kəs bu haqda yazır. Bir çox insan mövqe sərgiləyir, Mehmana dəstək nümayiş etdirir. Bəziləri isə ya dəstək nümayiş etdirməkdən ehtiyat edir, ya da əks mövqe sərgiləyir. Əks mövqe sərgiləyənlərin etirafından danışacam.

Tam mətn

Söyüş aynası

Uşaq idim. Uşaqlığımız kəsilsin. Bizim nəsil nə uşaq kimi uşaqlıq keçirdi, nə də gənc kimi gənclik.  Indi də 40-a yaxınlaşmışıq, amma hələ də ümidlə yaşayırıq. Nəysə sözüm onda yox. “Uşaq idim” dediyimdə 1988-1992-ci illəri nəzərdə tuturam. Azərbaycanın ən qaynar, emosional dövrü. Bir tərəfdə Qarabağda baş verənlər, o biri tərəfdə Azadlıq meydanında baş verənlər. Azad medianın cücərtiləri. “Azərbaycan”, “Azadlıq” qəzetləri. Və hamının tək televiziya kanalı olan dövlət televiziyası. Onda heç adı da yox idi. Elə öz kanalımız deyirdilər.

Tam mətn

Abel Məhərrəmov və kosmetik dəyişiklik

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad olundu. Artıq köhnəlmiş xəbərdir.  Amma BDU məzunu kimi istədim xatirələrimi yazım. Abel Məhərrəmov rektor təyin olunanda birinci kursda oxuyurdum. Yeni rektorun gəlişi və fəaliyyəti tələbə və müəllim heyəti tərəfindən böyük maraqla izlənilirdi. Yeni rektor öz işinə universiteti təmir etməklə başladı. Universitetin fasadı, daxili, otaqları, həyəti, auditoriyaları, qapı-pəncərələri təmir olundu, sınıq-salxaq stullar, partalar yeniləri ilə əvəz olundu.

Tam mətn

Repressiya qurbanları və donosbazlar

Mikayıl Müşfiq son zamanlar çox tez-tez xatırlanır. 1938-ci ildə repressiyanın qızğın çağında 29 yaşında güllələnmiş şairin qalıqlarının tapılması barədə məlumatlar mediada yayıldıqdan sonra prezident bu işi öz nəzarətinə götürdü. Açığı bu gündən sonra şairin qəbrinin olub olmaması məni o qədər də narahat etmir. Onun abidəsi də, qəbri də ürəklərdədir. Sözüm onda yox. Müşfiq həmin illərdə repressiya qurbanı olmuş 27 min azərbaycanlıdan biridir. Bəlkə də ən gəncidir. Ömrünün ən gözəl ilində 29 yaşında cəllad gülləsi ilə öldürülüb.

Tam mətn

Bir təşəkkür üçün dəyməz

Bəd xəbərlə başlayacam. Etimad Əsədov öldü. Ölkənin baş qazisi. Ağır xəstəlikdən. Ağciyər xərçəngindən. Ruhu şad olsun. Uğrunda canını fəda etdiyi Qarabağı görmədən getdi. Əslində neçə gündür yazı yazmaq istəyirəm. Səhiyyəmiz haqqında. Ard-arda baş verən proseslər mənə bu yazını yazmağa sövq edirdi. Elə Qarabağ qazisinin ağır xəstəlikdən vəfat etməsi xəbəri məni bilgisayar arxasına keçməyə məcbur etdi. Ondan başlayaq ki, həmkarımız Səbuhi Məmmədlinin müalicəsi üçün prezident İlham Əliyev göstəriş verdi. Səbuhi Məmmədli ağır xəstəlikdən əziyyət çəkir.

Tam mətn