Kamran Mahmudov

Şortikli qızdan zorlanmışa və zorlayan ataya qədər…

Ölkədə deyildim. Səfərdə olarkən adətən beynimin dincəlməsi üçün ölkədəki proseslərlə maraqlanmamağa çalışıram. Bir həftəlik səfərdən sonra, təyyarədən enib aeroportdan evə tərəf istiqamət alanda interneti açarkən Facebookda ilk qarşılaşdığım məsələ metroda şortikli qıza olan tənələr və bir yaşlı xalanın həmin şortikli qıza hücumu ilə bağlı çəkilmiş video oldu. Həə. Artıq Azərbaycanda olduğumun fərqinə vardım. Həmin başabəla şortik. İllərdir biz bu bəladan qurtula bilmirik. Gah şortik geyinən oğlanlar topa tutulur, gah qızlar. İndi deyəsən bir leveli adlamışıq.

Tam mətn

Cumhuriyyət məhbusları

Artıq Cümhuriyyət məhbuslarımız da var. Əslində yazını belə başlamaq istəməzdim. Yazını “Azərbaycan, Cümhuriyyətin 100 ilini qeyd edir” cümləsi ilə başlamaq istəyərdim. Təbrik yazısı yazmaq istəyərdim. Bayramlaşmaq istəyərdim. Amma sən saydığını say, gör hökumət nə sayır…. Bayramdan əvvəl ictimaiyyətin fəal kəsimində bir canlanma müşahidə olunurdu. Hər il olduğundan daha çox bayram əhval-ruhiyyəsi vardı. Güman etmək olar ki, bu daha çox məhz 100 illiklə bağlı idi.

Tam mətn

Millət vəkilindən şəhid atasına qədər

Yenə gündəm doludur. Təəssüf ki, xoş xəbərlərlə deyil. Ürək ağrıdan mövzularla. İçlərində qıcıqlandıran mövzular da var. Başlayaq sonuncudan.

Tam mətn

Heç bizə lazım da deyil

Adətən 20 yanvar, Şamaxinka adlanan ərazilərdən keçəndə xalq yaradıcılığımızın incilərindən olan, bayağı və xeyli maraqlı mahnılar eşidirəm. Bir dəfə də bir mahnı eşitmişdim ki, sözləri hələ də yadımdadır. Mahnını oxuyan oğlan nəğmənin ortalarında nə deyirdi onu başa düşməsəm də tez-tez təkrarladığı “Heç mənə lazım da deyil” sözləri yaddaşıma həkk olmuşdu. Bu yaxınlarda Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Səməd Seyidovun həmin təşkilatın sessiyasında odlu-alovlu çıxışı bu mahnını mənə yenidən xatırlatdı.

Tam mətn

Mətbuat və azadlıq

Beynəlxalq Mətbuat Azadlığı günü. Sözə fikir verin ha. Beynəlxalq Mətbuat Azadlığı günü. Necə gözəl səslənir. Necə gurultulu səslənir. Adamın ürəyinə lap yağ kimi yayılır. Mətbuat- bizim sevimli işimiz. Cəmiyyətin aynası. Azadlıq — hamının olmaq istədiyi tövr və mətbuatın olmalı olduğu durumlardan biri. Yəni zatən mətbuat varsa azad olmalıdır. Azad deyilsə demək ki yoxdur. BMT də iş tapmayıb. Götürüb belə bir gün təsis edib. Yəni mətbuata azadlıq günü keçirir. Dedim axı, mətbuat varsa, azad olmalıdır.

Tam mətn

Cılız mövzular

Yenə də qırğındır. Millət bir-birini qırır. Hamı üsyan edir, narazılıq bildirir. Tənqid edir, söyür, təhqir edir, şüar səsləndirir. Ermənistanı demirəm ha. Söhbət Azərbaycandan gedir. Özü də real meydanda deyil, virtual meydanda. Yəni sosial şəbəkələrdə. Hansısa bir metropoliten məmurunun elə həmin idarədə vəzifəyə təyin etdiyi və ya etdirdiyi məmur olan qızının yazdığı bir kəlmə aləmi qatıb bir-birinə. Məmur xanım millət arasında ayrıseçkilik salıb, kəndli-şəhərli söhbəti edib. Neçə gündür bu mövzu gündəmimizi zəbt edib. Müzakirələrə baxıram dəhşətə gəlirəm.

Tam mətn

Vicdanla söhbət

2015-ci ildən rəsmən işsizəm. Müstəqil jurnalist kimi fəaliyyət göstərirəm. Yavaş-yavaş yaşlandığımı və ölkədəki medianın durumunu nəzərə alaraq özümə sabit gəlirli bir iş axtarmaq qərarına gəldim. Hətta bu barədə elanı sosial şəbəkələrdəki hesablarımda da yerləşdirmişdim. Görənlər bilir. Bunu həm də damar yoxlaması adlandırmaq olardı. Ki, görək dostlardan, tanışlardan eləcə də həmkarlardan kim dillənəcək. Gözlədiyim oldu. Heç kim dillənmədi. Səbəbləri aydındır. Üzlərinə vurmaq istəmirəm. Zatən bu günə qədər düşdüyümüz bu vəziyyətin səbəbi onların belə hallarda yaşadıqları sindromlar deyilmi?

Tam mətn