Kamran Mahmudov

Məhv olmuş müəllim nüfuzu və seçki…

Nəticəsinin hamının əvvəldən bildiyi seçki bitdi. Bu seçki də xatirələrimizdə bəzi izlər qoydu getdi. Sizi bilmirəm, amma mən hər seçkidən sonra insanların davranışları haqda düşünürəm. Bu dəfə də belə oldu. Bu seçki də xatirimdə pis təəssüratlarla iz buraxdı. Niyə? İndi deyim. Yəqin ki, əksəriyyətiniz prezidentliyə feyk namizədlərin təbliğat və təşviqat prosesləri zamanı hazırlanmış videoları gördünüz. Mən həmin feyk namizədlərin guya seçicilərlə görüşündən müstəqil media orqanlarının hazırladığı reportajları nəzərdə tuturam. Niyə guya?

Tam mətn

Söyüş. Aqressiya. Deqradasiya

Son günlər əksəriyyət söyüşdən yazır. Kimi söyüş yazır, kimi söyüşdən yazır. Kimi özünə haqq qazandırır, kimi isə haqlı olaraq söydüyünü deyir. Mən də yazmışdım. Mən də facebookda yazmışdım ki, söyüş söymək tərbiyəsizlik, mədəniyyətsizlik, gücsüzlükdür. Heç vaxt söyüşcül insanları sevməmişəm, təqdir etməmişəm. Söyüş mövzusuna bəzi həmkarlarım öz media orqanlarında söyüş söyməklə cavab verdilər. Bəziləri susub, izlədilər. Bəziləri tərəf oldular. Bəzi hakimiyyətyönümlü media qurumlarının rəhbərləri, hökumətdən ev alan jurnalistlər bu mövzuya münasibət bildirmək üçün sıraya düzüldülər.

Tam mətn

Gedənlərimiz

Bayram günlərində evdə çox oturğumuzdan hərdən istər-istəməz Azərbaycan televiziyalarını vərəqləyirdim. Bəzənsə həmin ərəfə televiziyaların xəbərlər vaxtına təsadüf edirdi. Televiziyaların səviyyəsindən və xəbərlərindən danışmayacam. Çünki bu barədə çox yazılıb, çox deyilib. Amma hardasa 3 gün əvvəl televiziyaların birində xəbərlər proqramında gedən bir xəbər diqqətimi çəkdi. Xəbər başlığı belə idi:“Son 3 ildə Ermənistanı 1 milyon adam tərk edib”. İlk reaksiyam belə oldu. Bundan mənə nə? Və ya bizə nə? Və ya niyə məhz Ermənistan?

Tam mətn

Narkoman yoxsa insan?

Radiolardan birində çalışdığım vaxtlarda həftədə bir dəfə “Deutche Welle”nin proqramlarını azərbaycancaya tərcümə edirdim. Yerli Fm dalğasında yayımlanan həmin yerli radioda həftədə bir dəfə həmin proqram azərbaycanca yayımlanırdı. Onu tərcümə etmək isə mənim öhdəliyimdə idi. Silsilə verilişlərdən biri Almaniyada uyuşdurucu asılılığı olanlara həsr olunmuşdu. Dövlətin onlara qayğısından danışılırdı.

Tam mətn

Xocalıya səmimiyyət

10 yaşım vardı. Uşaqlıqdan iflic xəstəsi olan bibim cavan yaşda haqqın rəhmətinə qovuşduğundan matəmdə idik. Rayonda bir adət var. Evində yas olan adam 40 gün televizorun üzərinə mələfə atar, özünü televizordan məhrum edərdi. 10 gün idi bizim də dünyadan xəbərimiz yox idi. Bir sözlə, başımız özümüzə qarışmışdı. Sonradan öyrənəcəkdik ki, heç televiziya həmin vaxt baş verənləri xalqa çatdırmayıb. Amma rayonda hamının uzaqdan-yaxından hər hansı formada cəbhədən məlumatı olurdu.

Tam mətn

Seçki təbliğatı və ya sığal axtaran başlar…

Aprelin 11-də növbədənkənar prezident seçkiləridir. Rəsmən təbliğat-təşviqat başlamayıb. Buna baxmayaraq artıq bir çoxları qollarını çirmələyib, əməlli-başlı işə girişiblər. Ard-arda bəyanatlar verilir. Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, bütün jurnalistlər İlham Əliyevə dəstək verəcəklər. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov bildirir ki, bütün qarabağlılar prezidenti dəstəkləyəcək. Deputat Hadı Rəcəbli deyir ki, bütün əlillər İlham Əliyevə səs verəcək. Ağsaqqallar Şurası, Azərbaycan alimləri, ziyalıları, aktyorları, aktrisaları, yazıçıları sanki eyni bəyanatla sıraya düzülüblər.

Tam mətn

13 yaşlı qızın faciəsi

Bu yaxınlarda Rusiya televiziyalarının birinin hazırladığı videoreportaja baxırdım. Videoreportaj rus “babulya”larının gənclərə dəstəyinə həsr olunmuşdu. Deməli, çox yaxın keçmişdə Rusiyada hərbi məktəblərin birində kursantlar dərsdən sonra yaşadıqları yataqxanada yarıçılpaq vəziyyətdə intim musiqi sədaları altında otaqlarını yığışdırarkən, paltar ütüləyər və yuyarkən, mətbəxdə iş görərkən intim rəqslər edərək bunu videorolik şəklində çəkib sosial şəbəkəyə yerləşdiriblər. Bundan sonra həmin video ölkənin ən məşhur şoularının mövzusuna çevrilir. Hamı gəncləri asıb-kəsir, tənqid edir, vətənpərvər olmamaqda günahlandırır.

Tam mətn