Kamran Mahmudov

Azərbaycanda gənc olmaq…

Hər il Azərbaycanda fevralın 2-i Gənclər günü kimi qeyd edilir. Mən də bu barədə yazacam. Daha doğrusu gənclərin günündən. Adətən ilin bu gününü sosial şəbəkələrdə gənclərə ünvanlı təbriklər olur. Bu il isə sosial şəbəkələri gənclərə ünvanlı pessimist notlu mesajlar bəzəmişdi. Ən azından mənim gördüklərim bu qədər oldu. Gənclik insan ömrünün ən məhsuldar, ən gözəl, ən yaddaqalan, ən ümidli, ən mübariz çağıdır.

Tam mətn

Vicdanlı jurnalistlərin aqibəti

Nicatı itirdik. 39 yaşında. İndi bir çoxunuz soruşacaqsız ki, Nicat kimdir? Mənim kimi sadə jurnalist baba. Heç bir qruplaşma üzvü olmayan, kiminsə deyil, ancaq cəmiyyətin məqsədlərinə xidmət edən, haqqın-ədalətin tərəfində olan sadə bir jurnalist. Nicatla çox oxşar tərəflərimiz vardı. Dilimiz acı idi. Çünki qarşımızdakının kim olmasından asılı olmayaraq doğru bildiklərimizi deməyə çalışmışıq. Həqiqət isə həmişə acı olur. Kiminsə, nəyinsə yanında, hansısa qruplaşmanın tərkibində deyil, haqq bildiyimizin yanında olmuşuq. Tənqiddən çəkinməmişik.

Tam mətn

Cılız və ciddi mövzular

Mövzusuzluqdur. Əslinə baxsaq, mövzu boldur. Bizim kimi ölkələrdə əgər kimsə danışmağa, yazmağa mövzu tapmırsa, deməli həqiqətləri görə bilmir. Amma nə qədər danışasan, nə qədər yazasan? Danışırsan, yazırsan, 2-3 adam başını bulayıb üzünü çevirib gedir. Deyirsən, a kişi, paylaş, fikir bildir. Deyir “mən siyasətə qarışmıram”. Bax belə. Amma sosial şəbəkələrdə cılız mövzular barədə hamı canı dildən yazır, pozur. Ay aman, Şəhriyar del Gelani adlı şair kolbasa satanı işdən qovdurub. Əslində hadisə baş verməyibmiş.

Tam mətn

İntiharlar ölkəsi…

Yenə intihardan yazacam. Daha doğrusu intiharlardan. Son günlərin ən aktual mövzusu olan insan ölümlərindən. İndi bir çoxları deyəcək ki, intihar indinin mövzusu deyil ki? Sovet dövründə də intiharlar var idi. Sadəcə, statistikanı gizlədirmişlər. Azacıq da olsa, sovet dövründə yaşamış biri kimi deyə bilərəm ki, düz demirlər. Sovet dövründə intihar sayları bu qədər deyildi. Mən rayon yerində böyümüşəm. Orada kiminsə hinində bir toyuq qəfil ölürdüsə, müzakirəsi ən azı bir həftə gedirdi. İndiki kimi yadımdadır.

Tam mətn

Üç itkin vətəndaş

2017-ci ilin sonunu isə üç alpinistimizdən xəbər gözləyə-gözləyə keçirdik. Dekabrın 24-dən itkin düşən üç gəncdən xəbər gözləyirdik. Hələ də gözləyirik. Artıq neçənci dəfədir il sonlarını kədərlə başa vururuq. Məsuliyyəsizlik ücbatından. 2015-ci ilin dekabrında Günəşli yatağında baş verən faciənin qurbanlarını və onların ailələrini düşünüb kədərlənirdik. Hadisələrin vaxtı kimi baş vermə səbəbi də oxşardır. Əslində, rəsmi açıqlamalarda səbəb kimi hava şəraiti göstərilsə də, bunun bir adı var: qurumların məsuliyyətsizliyi.

Tam mətn

2020-ci il qorxusu…

2018-ci ilə sayılı günlər qalıb. Hamı bayram əhval-ruhiyyəsində olsa da, günlər keçdikcə mənim canımı qara qorxular alır. Çünki 2018-ci il həm də bizi 2020-ci ilə yaxınlaşdırır. Yəqin indi qorxumun səbəbini anladınız. Baş nazirin müavini Əli Həsənov deyib ki, 2020-ci ildə Azərbaycanda bir nəfər də yoxsul qalmayacaq. Bilmirəm nə dərəcədə doğru müqayisədir, amma bu bəyanat prezident İlham Əliyevin prezidentliyinin ilk çağlarında verdiyi “Azərbaycanda bir nəfər də müxalifətçi qalmayacaq” bəyanatını xatırlatdı.

Tam mətn

Qayğıdan məhrum Azərbaycan vətəndaşı

Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı gözümə sataşdı. Söhbət yaralı yerimizdən getdiyi üçün marağıma səbəb oldu. Sərəncamı açıb oxuyanda isə məlum oldu ki, söhbət bizim pulumuzdan və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin vətəndaşlarından gedir.

Tam mətn