İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

TARİXİ DƏYİŞDİRƏN 30 KİTAB

(I hissə) Bu gün həyatı, dünyanı və təbiəti az da olsa anlayır, xəyallar qurub başqa dünyalara səyahət edir, texnoloji sərhədləri silkələyib Yer kürəsini lərzəyə gətiririk. Bütün bunlar insan beynində inqilablar edərək fırtınalar qoparmış qiymətsiz kitablar sayəsində olmuşdur. Tarixin ən nəhəng filosof və mütəfəkkirləri, elm adamları insan qarşısında sürəkli yeni cığırlar açmışlar. Bəşər övladı artıq Yaradılışın sirrini çözməyin astanasına yaxınlaşmışdır. Bu gün insanlıq üçün cavabı məchul sualların sayı tükənmək üzrədir.

Tam mətn

BETHOVEN, KƏBƏ VƏ MƏHƏMMƏD PEYĞƏMBƏR

Lüdviq van Bethovenin (1770-1827) bu ilin sonunda 250 yaşı tamam olacaq. Önəmli yubiley ərəfəsində onun zəngin musiqi irsi yenidən araşdırılır. Az bilinən əsərləri çeşidli platformalarda yenidən ifa edilir. Koronavirusdan dolayı bir çox tədbirlər təxirə salınsa da sosial şəbəkələr Dünya musiqi tarixinin ən nəhəng bəstəkarını sürəkli zirvədə saxlayır… Bir neçə gün əvvəl başqa bir mövzuda axtarış edərkən təsadüfən qarşıma Bethovenin 1811-ci ildə yazdığı “Afina Xərabələri” (alm. Die Ruinen von Athen), op.113  adlı əsəri çıxdı.

Tam mətn

JÜL VERN və RAMAZAN AYI

Jül Vern »Aya Səyahət» romanını 1865-də yazıb. İnsanoğlunun Aya ayaq basmasından 104 il əvvəl. Uşaq kitabı sayılsa da hər yaş üçün maraq doğuran qeyri-adi gözəllikdə elmi-fantastik əsərdir. Uşaqlığımı bu kitabsız təsəvvür edə bilmirəm. Məktəbli ikən üç adamın Aya göndərildiyi hissəni oxuyanda ürəyimin necə həyəcanla döyündüyünü hələ də unutmamışam. Bu kitabı oxumadan, onun qəhrəmanlarının yaşadıqlarını yaşamadan uşaqlar yeniyetmə çağına ləng keçirlər deyə düşünürəm.

Tam mətn

İRFAN, ARTEMİS və NAVAHOLAR

Dostum İrfan Otuz ildir tanıyıram onu. Bakıda təsis etdiyi “Avrasiya” qəzetinin köşə yazarı da olmuşam. Günaydın, Sabah, Hürriyet, Star qəzetləri, Sipa və Gamma (Fransa), DHA, ATA, Anadolu Ajansı agentlikləri, TGRT, BBC, Kanal D, TRT televiziya kanalları kimi ciddi media quruluşlarında çalışıb. Türkiyənin ən məşhur jurnalistlərindən və savaş müxbirlərindən biridir İrfan Sapmaz. İki il əvvəl ona CNN Türk kanalının rəhbəri vəzifəsini təklif etdilər.

Tam mətn

LEONARDO DA VİNÇİ İSLAMI QƏBUL ETSƏYDİ

Görkəmli alim, ixtiraçı, yazıçı, musiqiçi, memar, heykəltəraş, rəssam və İntibah Dövrünün ən parlaq ulduzu Leonardo da Vinçinin ölüm ildönümüdür bu gün. Karantin günlərində köhnə bloknotumdan 5 il əvvəl yazdığım qeydlər çıxdı qarşıma. O vaxt bitirmədiyimı tamamlamaq bu gün nəsib oldu… Padişah II Beyazid (osm., Beyazıt, 1447-1512) İstanbulda Haliç üzərində bir körpü inşa etmək istəyirdi. Onun bu istəyi Leonardo da Vinciyə  (1452-1519) qədər gedir çatır və o Padişaha məktub yazır.

Tam mətn

Şahzadə Kaguya

Qədim zamanlarda Yaponiyada yaşlı ər-arvad yaşayırmış. Çox kasıb olan bu ailənin uşaqları yoxuydu. Bir gün evin kişisi bambuk çubuqları kəsmək üçün evdən çıxıb meşəyə gedir. Hər zaman kəsdiyi bölgəyə yaxınlaşanda bambukların arasında güclü bir parıltı görür. İşığa doğru gedəndə gözlərinə inanmır – körpə bir qız uşağı. Kimsə meşəyə uşaq buraxıb, qeybə çəkilmişdi. Yaşlı adam çağanı alıb sevinclə evinə qayıdır. Arvadı ilə mutluluqdan uçurlar – artıq bir qız övladları var idi.

Tam mətn

MƏN İTALYANAM

Toto Kutunyonun (Cutugno) bütün dünyada məşhur olan “L’italiano” (Mən italyanam) mahnısı 1983-cü ildə yazılıb. Mahnı ilk dəfə San Remo festivalında müəllif tərəfindən ifa edilmişdi. O illərdə Bakının barmaqla sayılacaq gecə barlarında – “Yubileynaya”, Bakı mehmanxanasının ən son mərtəbəsindəki “Əsgərin Barı”, Azİİ-nin “Tri Ognya” klubu, “İnturist”in barında ən çox çalan mahnı BONEY M qrupunun hərəkətli “Rasputin”i və “L’italiano” idi. Cavan idik, ümidli idik və elə bilirdik ki, Dünya bizim olacaq.

Tam mətn