İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

KORONA GÜNLƏRİNDƏ “KORLUQ”

Adsız ölkənin adsız meqapolisində adsız insanlar arasında dəhşətli bir epidemiya baş qaldırır – insanlar kor olmağa başlayır. Korluq yoluxucudur, gözü tutulanlar naməlum bir virusla infeksiyanı ətrafa yayır. Epidemiya şəhəri sarır. Kor insanları qapalı bir xəstəxanaya – “dəlixanaya” karantinə alırlar. Burada nə həkim var, nə də dava-dərman, kor insanlar talelərilə baş-başadırlar. Qiyama təşəbbüs olsa, nəzarətçi əsgərlərə atəş açma əmri verilir… Adını 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alanda eşitmişdim.

Tam mətn

KORONAVİRUS KABUSLU ÜÇ AY

Üç ay keçdi. Üç ilə bərabər üç ay… Korona ilə bağlı ilk məqaləm “Ayna”da bu ilin yanvarında çıxmışdı. FB-da ilk koronavirus postumu isə daha əvvəl yazmışdım. Əgər 3 ay əvvəl bu sahənin adamı olmayan biri problemi, fəlakətin ayaq səslərini görür, hiss edirsə, dünyanın ən böyük dövlətləri bunu necə gözdən qaçırdılar, belə bir məsuliyyətsizliyə necə yol verdilər? Bu sualı çağımızın ən böyük virusologiya mərkəzlərinə — Berlindəki Robert Koch institutuna və ya Charite klinikalarına da ünvanlamaq olardı əslində.

Tam mətn

KORONAVİRUSUN “DƏRMƏNİ”

Qazaxda “Rumex acetosa” desən kimsə bunun nə olduğunu anlamaz, heç rayon əczaçıları da yəqin xatırlamazlar bu bitkinin latınca adını. Ancaq “əvəlik” dedinmi biləcəklər, çöhrələrinə təbəssüm qonacaq, yerli ləhcə ilə “öyəlik” desən isə, olacaqsan onlardan biri. Əvəlik mənim babalarımın yaşadığı torpaqlarda yay vaxtı toplanıb qurudularaq qışa tədarük edilən ən önəmli bitki, soyuq ayların ən əsas yemək inqridientlərindən biridir. Əvəlikdən hazırlanan sulu yeməyə “Öyəlikli isti” deyirlər o saf və gözəl diyarda, onu qripin və soyuqdəymənin “dərməni”, yəni dərmanı sayırlar.

Tam mətn

KORONAVİRUS və ya TACLI FƏLAKƏT (II)

Ən dəhşətli xəstəlik ölümcül olan deyil, müalicəsi olmayandır.. Mariya fon Ebner-Eşenbah 1939-cu ildə fiziklər Leo Silard və Yudjin Vigner ABŞ prezidenti Ruzveltə bir məktub qələmə alırlar. Albert Eynşteyn məktubu redaktə edir, imzalayıb Ağ Evə çatdırır. Məktubda nasist Almaniyasının atom bombası əldə etmək üçün ciddi işlər gördüyü, Hitlerdən əvvəl bu silaha sahib olmaq üçün ABŞ-ın fəaliyyətə başlamasının zərurəti haqda yazılırdı. Ruzvelt həyəcan təbili çalan dünya şöhrətli alimin müraciətinə tez reaksiya verir –‘’Manhetten Layihəsi’’ belə yaranır.

Tam mətn

KORONAVİRUS və ya TACLI FƏLAKƏT (I)

  Yüz çiçək açsın, yüz fikir yarışsın Mao Tsze Dun Cəmi 48 il yaşamışdı. Hüquq təhsili almış, vəkillik etmiş, gənc yaşda Viskonsin əyalətinin hakimi, daha sonra buradan senator seçilmişdi. 1950-də böyük rezonansa səbəb olan çıxışı ilə nəinki Amerikanın, hətta dünyanın belə siyasi həyatını yerindən oynatmışdı. Bu çıxış Qərbdə görünməmiş bir anti-kommunist dalğasının yaranmasına səbəb olmuşdu… Cozef Makkarti (Joseph McCarthy, 1908-1957) radikal sağçı, kommunizmin qatı əleyhdarı idi.

Tam mətn

BİO-HAKER – ÖLÜMSÜZLÜK SEVDALISI

BİO-HAKER – ÖLÜMSÜZLÜK SEVDALISI   Bu yaxında bir dost məclisində masamıza yaraşıqlı, idmançıya bənzəyən, qırmızıyanaq bir adam yaxınlaşdı. Görünüşə görə maksimum 35-40 yaşı olardı. Dostum ona “Hocam” deyə müraciət edirdi. Masamıza dəvət etdi. Yeməkləri, içki qədəhlərini tərs-tərs süzüb oturdu. Professor 72 yaşında imiş. Sirli qonağımızn bu yaşda olmasına kimsə inanmadı…    * * * “Siz və mən kimyəvi proseslərin çox dəyərsiz dəstiyik”   Josiah Zayner molekulyar biologiya ilə məşğul olur.

Tam mətn

ÇERNOBIL: YALANIN BƏDƏLİ

1986-cı ilin isti yay günlərindən birində Kiyevdə küçədə gedərkən şiddətli yağışa yaxalandım. Dabanıma qədər islanmışdım. Yağışdan qorunmaq üçün qaçıb özümü böyük bir şabalıd ağacının altına verdim. Yağış o qədər şiddətli idi ki, damcılar ağacın yarpaqlarından sürüşüb başıma düşürdülər. Yoldan keçənlər çaşqın baxışlarla məni süzürdülər. Birdən onlardan biri “Ağacın altında durmaqdan qorxmursanmı?” deyə bağıraraq yaxamdan yapışaraq məni ağacın altından kənara itələdi. Ayağım sərt bir şeyə ilişdi, şappıltı ilə üzüstə gölməçəyə düşdüm. Qalxanda üstüm-başım kirli-pasaqlı su içində idi.

Tam mətn