Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Sənət əbədidir, ömür amanat…

(əvvəli Ayna.az saytının 13.12.2018, 14.12.2018, 15.12.2018 tarixli buraxılışlarında) Nə qədər gec olsa da, qapını təkrar taqqıldatmaqdan başqa çarə yox idi. Bir azdan dəhlizdə öskürək səsi eşidildi. Qapı sorğu-sualsız açıldı. Səməd Vurğunu qarşısında mil-mil zolaqlı pijamada görəndə Adil İskəndərovun boğazı qurudu. Pijama həbsxana paltarına oxşayırdı. — Nə olub, ayə? Bu nə haldır, düşmüsən? Dalınca qovanmı var? – şair təəccüblə soruşdu. — Sabaha qalası söhbət deyildi, — rejissor udqunub astadan cavab verdi. — Keçək mətbəxə, uşaqlar yatıb.

Tam mətn

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 14.12.2018 tarixli buraxılışlarında) Adil İskəndərov xeyli yerindən tərpənmədi, nə edəcəyini, hara gedəcəyini düşünür, heç cür qərar verə bilmirdi. Bəlkə, axtarıb Səməd Vurğunu tapsın, məsələni şairə açsın? Tapıb nə deyəcəkdi? Şair onu lağa qoymazdımı ki, “ayə, bir divar yazısına, iki avara tənqidçinin pıçıpıçısına görə niyə özünə əl qatmısan? Bə mənim başıma gətirilənləri danışsam, dəli olarsan ki!” Yox, yaxşısı evə qayıtmaq, çalışıb yuxuya getmək idi.

Tam mətn

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 tarixli buraxılışında)   Araya sükut çökdü. Adil İskəndərov masanın üstündən qələm götürüb onu əlində fırlada-fırlada fikrə getdi. “Səni bura kim gətirib?.. Hm, nəyə işarə etdiyi aydındır… Görən, qorxudur, qızı yola gətirmək üçün belə deyir, ya məsələ daha qəlizdir? Qəlizdirsə, bu bədbəxtin dadına Tanrıdan başqa heç kim yetişə bilməz. Biz bəndələr nəkarəyik?!” Yunan əsilli zərif Panfiliya təcrübəli aktrisa idi, türk, gürcü, rus dillərini təmiz bilirdi, Tiflis, Bakı teatrlarında onlarla tamaşada oynamışdı.

Tam mətn

Sənət əbədidir, ömür amanat…

 Üç pərdəli sənədli povest (Adil İskəndərovun öz tələbəsi, teatr və kino rejissoru Rövşən Almuradlıya 1975-1976-cı illərdə «Sənətkar və zaman» mövzusunda düşüncələr üstündə danışdığı xatirələr əsasında)[2] * Avansəhnə   — Mənim vicdanım da, qəlbim də qandır! Dünya qan üstündə bir xanimandır!.. Vəzir yaltaqcasına şaha baş əydi, onun şəninə tərif demək üçün sifətinə şirinlik verib əllərini göyə qaldırdı. Rejissorun yuxusuzluqdan şişmiş göz qapaqları aralandı. Vəzir bunu sezdi, qolları yanına düşdü, amma üzünün ifadəsi dəyişmədi.

Tam mətn

HƏQİQƏT BASDIRILAN YERDƏ

Bu yerə qədər film bitməliydi. Ancaq hələ çəkiliş prosesində o öz həyatı ilə yaşamağa başlamışdı. Kamera bizi dartıb rejissor planında nəzərdə tutulmayan ünvanlara aparırdı. Sanki onu operator yox, gözəgörünməz ruhlar idarə edirdilər. Biz 1920-ci ilin aprelində 70 minlik işğalçı ordunun qarşısına çıxmış 350 vətən müdafiəçimiz – Yalama qarnizonunun əsgərləri haqqında hazır ssenari üzrə film çəkmirdik, biz araşdırmamızı davam etdirirdik. Ən başlıcası – qəhrəman əsgərlərimizin izləri itirilmiş məzarlığını axtarırdıq. Budur, nəhayət!

Tam mətn

Bu qayıq da boşdur…

Əvvəllər cahillik, nadanların əməlləri, oğruların doğrulara dərs demələri məni çox əsəbiləşdirirdi. Evimizin yanında, parkın içindəki gölə gedib qayığa minirdim. Uzun müddət avar çəkir, bəzən kiminsə qarasına deyinir, bəzən özümü danlayırdım:«acıqlı başda ağıl olmaz», — deyirdim. Bir dəfə yazın axırı yenə işdən hirsli qayıdıb özümü gölə vermişdim. Ancaq ağır düşüncələr onsuz da tarıma çəkilmiş sinirlərimi boşalmağa qoymurdu. Axır bütün fikirləri beynimdən atdım, avarları buraxıb gözlərimi yumdum.

Tam mətn

Canlı qəzet məzarlığı üzərindən uçarkən

Mənə zəng vurub Mətbuat Şurasının qurultayı barədə məqalə yazmağı xahiş etməsəydilər, həmin gün şəhərdə belə gurultulu bir ad altında («Azərbaycan jurnalistlərinin yeddinci qurultayı»!) hadisə baş verəcəyindən xəbərim olmayacaqdı. Qurultayın necə başlandığını bilmək mənim üçün vacib əhəmiyyət kəsb etmirdi. Burada təzə nə ola bilərdi ki? Himn oxuyacaqlar, sonra təntənəli təbrik məktubu səsləndirəcəklər. Mətbuat Şurasının və onun işini yönlərdirən şəxslərin medianın bugünkü vəziyyəti haqda söyləyəcəklərini eşitmək də vacib deyildi. Bu məsələdə, eynilə, yenilik gözlənilmirdi.

Tam mətn