Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

Mədəniyyətimiz gödəldiyi üçün «mədəniyət» sözü qısaldılsın!!!

Məncə, Dilçilik İnstitutu təklif etdiyi islahatı belə izah etsəydi, mübahisə yaranmazdı “Dünyanın heç bir yerində görünməyib”… “İkinci belə millət tapmazsınız”… “Analoqu yoxdur” kimi ifadələrin əleyhdarıyam. İstər xeyrimizə, istər ziyanımıza. Bu keçəl dünyada görünməmiş, tapılmayan, analoqsuq heç nə qalmayıb. Amma indi, ən azı, sual şəklində təkrarlamağa məcburam:«görəsən, kainatın hansısa bizə məlum olan, ya olmayan nöqtəsində bir əsrdə dörd dəfə əlifbasını dəyişmiş başqa bir xalq yaşayırmı? «Dörd dəfə» deyəndə, mən yerli-dibli qrafika dəyişikliyini nəzərdə tuturam, aradakı modifikasiyaları saymıram.

Tam mətn

Prokuror və çoban

Mənim diş həkimim çoxlarının görəndə üzünü çevirdiyi şeylər haqqında böyük məhəbbətlə danışır. — O dişi yonub üst qatı ki götürürsən e! Pah! Qarşında əsrarəngsiz bir mağara açılır! – deyə Ceyhun doktor bor maşınını işə salmazdan əvvəl bir addım geri çəkilib heyran-heyran qarşısında yekə açılmış ağıza baxır. Elə bil Sikstin kapellasında Mikelancelonun «Adəmin yaradılışı» əsərini seyr edir. Ceyhun doktorun şirin söhbəti iynəni əvəz edir. Ağrı-zad yaddan çıxır.

Tam mətn

Qarabağı unutmamağın yeganə yolu — onu qaytarmaqdır!

İngiltərənin baş naziri Tereza Mey Rusiyaya qəzəblənib və onun ünvanına… Azərbaycan üçün çox ağır ifadə işlədib. Britaniya hökumətinin rəhbəri London lord-merinin verdiyi ziyafətdə deyib ki, Moskva ara qarışdırır, Qərb ölkələrini üz-üzə qoymaqla dünya düzənini pozmaq istəyir, başqa dövlətlərdə seçki proseslərinə müdaxilə edir, müdafiə sistemlərinə haker hücumlarının arxasında dayanır, təxribat məqsədi ilə yalan xəbərlər yayır, «informasiyanı silaha çevirməyə» çalışır.

Tam mətn

Üç roman: ikisi Ramiz Rövşənin, biri…

Ramiz Rövşən görmədiyim, eşitmədiyim bir şeirini oxudu. Allahın tale yazısını korlaya-korlaya özünə təzədən ömür kitabı yazan adam haqqında. Şeirin adı «İki roman» idi. Hamı qulaq asır, eyni zamanda hərə xəyalında öz alaçiy, adını qoymağa hələ ürək eləmədiyi «həyat romanı»nı vərəqləyirdi və axırda gül kimi materialı zay etdiyi üçün Tanrıdan əfv diləmək istəyirdi. Lap Ramizin «şeir adamı»tək! İlahi, çox yoxları var sanıb sənin yazdıqlarına düzəlişlər etməsəydik, əsərlərin nə qədər gözəl olardı!

Tam mətn

“Cənnət”dən hökumətə hesabat

Radioda hökumətin doqquz aylıq fəaliyyətinin yekunlarına dair hesabatı dinləyirəm. Rəhbərlər bir-birini əvəzləyir, böhran içində çabalayan dünyada Azərbaycanın uğurlarından danışırlar: indi yalnız energetikamız “rövnəq”lənmir, bütün iqtisadiyyatımız “şahin” kimi pərvazlanır, durmadan irəliləyirik, inkişaf edirik, maaşlar artır, işsizlik azalır, güzəştli kreditlər çoxalır, biznes mühiti yaxşılaşır, təhsil güclənir, səhiyyə genişlənir, hər şey «ASAN»laşır, hər yan «ABAD»laşır… Belə çıxır ki, geri gedənlər təkcə mən və ətrafımdakılardır.

Tam mətn

Mən həbsdən necə qurtardım

Qabaqda polis maşını gedir. İnamla ötürəm: yol — düpbədüz, sürət — lazımi həddə, sənədlər — qaydasında. Dərhal sirena işə düşür, müfəttişlər özlərini mənə çatdırırlar və sükanın arxasında əyləşmiş gənc leytenant əli ilə «saxla» işarəsi verir. Avtomobili kənara çəkib əyləci basıram, şüşəni aşağı salır və gözləyirəm. Leytenantın yanındakı polis maşından düşür, tənbəl-tənbəl mənə yaxınlaşır, yuxulu kimi, gözünü hardasa uzaqlarda bir nöqtəyə dikib özünü təqdim edir. Sənədlərimi istəyir. — Əvvəl deyin, niyə saxlamısınız?

Tam mətn

Hara gedirsiniz gedin, ölkənin imici sizi qabaqlayacaq

Bütün Ukrayna ondan danışır, tərəfdarlarını başına yığıb tezliklə Lvovdan paytaxta yürüş edəcəyini deyirdi. Amma Avropanın müxtəlif ölkələrindən Kiyevə axışan jurnalistlər buraya Saakaşvilini qarşılamağa gəlmirdilər. Noyabrda Brüsseldə dövlət rəhbərlərinin növbəti Şərq Tərəfdaşlıq Sammiti keçiriləcəkdi. Yeni ənənəyə görə, Avropa İttifaqı bu tədbirdən əvvəl həmin dövlətlərin jurnalistlərinin Mediasammitini təşkil etmişdi. Jurnalistlər Borispol aeroportunda ölkə-ölkə toplaşıb onları Hilton mehmanxanasına aparacaq avtobusları gözləyirdilər. Azərbaycan nümayəndəliyi digərlərindən iki dəfə kiçik idi.

Tam mətn