İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Varolmanın dayanılmaz xəfifliyi

İstanbul Hər il avqust gələndə Milan Kunderanın «Varolmanın dayanılmaz xəfifliyi» kitabını vərəqləmək keçir içimdən. Romanı ilk dəfə 1988-də, «Praqa Baharı»nın 20-ci ildönümündə oxumuşdum. Kitab yasaqlı olduğu üçün əlimə onun «Samizdat» nüsxəsi keçmişdi. Moskvadakı aspirant yataqxanasının otaqlarını tək-tək dolaşmışdı o kserokopiya kitab. Kunderanın kommunizm utopiyasını, azadlığı, eşqi, xəyanəti, kədəri…

Tam mətn

Mənim əsirlikdən qaçışım

İstanbul Uşaqlığımda məni ən çox «A bala, o televizorun önündə az otur, qalx, bir az da dərslərinə bax» sözləri ilə tənbeh edərdilər. Bu səhnə əksər ailələrdə yaşanırdı, dəftər-kitab, elm-irfan hər şeyin üstündə idi çünki. Zəmanə ilə bərabər «hədəflərin» də ünvanı dəyişdi. Övladlarım tələbəliklərini «O kompüteri bir gün aşağı…

Tam mətn

Tirajla vicdan arasında sıxışmaq

İstanbul «Yeni Şafak» iqtidara yaxın islamçı-mühafizəkar qəzetdir. Murat Menteş bu qəzetdə ən parlaq köşə yazarlarından biri idi. Fərqli düşündüyü üçün işdən atdılar. Gezi parkı olaylarına onlar kimi baxmadığı üçün. Tirajı ilə vicdanı arasında sıxışıb qalmış bir qəzetə son köşəsini yazıb ayrıldı. Həm də necə ayrıldı. İki həftədir ən böyük…

Tam mətn

Kürdüstan Federativ Cümhuriyyəti

Səlim qara dənizlidir, çoxları kimi o da milliyətçidir. Bərbər dükanındakı televizoru ancaq xəbər kanallarına köklənib, hər gün 5-6 qəzet alır. Bir müddətdir ki, həyəcanlı görürəm, «Vətən, millət» dedinmi dik atılır. Bir-neçə gün əvvəl baxıram ki, yenə əsəbidir. Oruclu olduğundan deyil, qəzetdə yazı oxuyub və minib «cin atına»….

Tam mətn

Atatürkün böyüklüyü

İstanbul «Bozdan sonra hər zaman qara gəlir» Struqatski qardaşları Professor Arnold Lüdviq (Ludwig) amerikalı psixiatrdır. Ömrünün 18 ilini böyük bir araşdırmaya sərf edib. O, 2000 dövlət rəhbəri və lideri içindən 377 nəfərini seçərək, onları PGS adlandırılan (Political Greatness Scale) «Siyasi Böyüklük Ölçüsü»nə görə sıralayıb. Bu sıralama çox zəhmət…

Tam mətn

Cin-Tonik, Lorel-Hardi

İstanbul Lorel və Hardi (Stan Laurel və Oliver Hardy) kino tarixinin ən uyumlu ikilisi, tərəf müqabilləri sayılırlar. XX əsrin birinci yarısında Amerikanın ən populyar komediya aktyorları olan bu ayrılmaz ikili 1919-1951 illərində tam 106 filmdə rol almışlar. Financial Times qəzetindən Gideon Rachman bu həftə yazdığı «Azadlıq və demokratiya bir-birinə…

Tam mətn

Dursunun SAVOY JİJEK marağı

İstanbul Dursunu 10 ildir tanıyıram. Bizimkilər ona «antenna Dursun» deyirlər. Balaca bir iş yeri var Leventdə. İstanbulun zəngin səmtindəki tək otaqlı dükanı kabellər, resiver və «sputnik» antennaları ilə doludur. Dursunu əvvəllər dükanda görmək mümkün deyildi. Sifarişlər o qədər çox olurdu ki, axtarsan onu ancaq binaların damında — «tarelka» quraşdırarkən…

Tam mətn