İbrahim Nəbioğlu

Bakıda ziyalı ailəsində doğulub. Azərbaycan Neft və Kimya İnstitutunun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını qırmızı diplomla bitirmişdir. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir. 1990-91-ci illərdə Türkiyənin bəzi qəzetlərində çap olunmağa başlamışdır.1991-ci ildə qurduğu ilk Azərbaycan-Türk müştərək TV kanalının Baş direktoru vəzifəsində çalışmışdır. 1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Eyni zamanda BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq çalışıb. ‘’Avrasıya’’, ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’ qəzetləri ilə əməkdaşlıq etmişdir. Yerli və xarici mətbuatda 1000-dən çox reportaj və məqalənin müəllifi, 30-a yaxın sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatıdır. 2003-cü ildə Türkiyədə ``İlin Jurnalisti’’ adına layiq görülüb. Azərbaycanın İstanbuldakı Baş Konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur. Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir. 1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

«Tanrının hissəcikləri» və ya

Bütün dünyada 1-ci xəbər oldu və «Tanrının hissəcikləri» tapıldı deyə yer-yerindən oynadı. 1964-də nəzəri olaraq ortaya atılan və 50 ildir ki, eksperimental təsdiqini gözləyən, populyar ədəbiyyatda «Tanrı hissəciyi», fiziklərin isə «Higgs Bozonu» adlandırdığı hissəciklər üzərindəki «qaranlıq pərdə» nəhayət ki, qalxmağa başladı. Özəl marağımdan dolayı mövzu ilə bağlı…

Tam mətn

Aferistin yekəsi

O həm yazır, həm çəkir, həm də çalır. Onu ilk cümləsindən, ilk kadrından, ilk akkordundan tanımaq olur. Yaradıcılığı geniş auditoriya üçün deyil. İntellektualdır, amma eyni zamanda lağlağı və qulpqoyan, süpürgəbağlayan və itoynadandır. Hər şeyi möhtəşəmdir — yumoru, klassik musiqi bilgisi, klarnetdə çaldığı caz improvizasiyaları, yarım əsrə yaxındır…

Tam mətn

Həyat Tanrının gördüyü yuxudur

Tanış olmadan əvvəl eyni yuxular görürdük Gələcəyi öncədən görmək arzusu yeni məsələ deyil. Əsrlərdən bəri bəzi fərqli insanların kəhanət gücünə sahib olduqlarına inanılmışdır. Con Dann (John W.Dunne) adlı irland əsilli bir ingilis insanın özü də bilmədən gələcəyi görəbilmə gücünə sahib olduğunu düşünmüşdür. O, hələ…

Tam mətn

Kamal Abdulla, İrfan Ülkü və Borxes

Keçən həftə Bakıdaydım. Qulu Məhərrəmlinin anasının vəfat xəbərini eşidincə Elçin Şıxlı və Arif Əliyevlə dostumuzun acısını bölüşməyə getdik. Yas mərasimində Kamal Abdulla ilə qarşılaşdıq. Bir az söhbətləşdik — ortaq dostlardan, həyatımızda iz buraxanlardan… Onunla 1990-nın əvvəllərində tanış olmuşduq. O vaxtlar AzTV-də hazırladığı «Azərbaycan dili», «Qoşma» proqramları o…

Tam mətn

«Vardar ovası»nın Rakısı

«Vardar ovası» Rumeli türküsüdür, Balkan türklərinin xalq mahnısıdır. Osmanlıdan günümüzə qədər gəlmiş ən gözəl xalq yaradıcılığı örnəklərindən biridir. Vardar ovası Osmanlı hüdudlarındakı, indiki Makedoniyanın ən uzun çayı olan Vardar sahilində, paytaxt Üsküpün (Skopye) ətrafındakı torpaqlardır. Odur ki, nəşə və sevinclə bərabər hüzn var türküdə, qaçqınlıq, köçkünlük var,…

Tam mətn

İkiüzlü Qəzetçilik

«Türkiyəyə qəzetlər, sanki, cəhənnəmdə nəşr edilib göndərilir» («Dublyorun Dilemması») Media ən böhranlı dövrünü yaşayır. Qəzetlər satılmır, satılanlar oxunmur, oxunanlara da etibar edilmir. Çoxları bunu internetin sürətlə yayılması, mobil texnologiyaların inkişafı ilə izah edirlər. Vəziyyət artıq sadəcə qəzet patronlarını deyil, siyasətçiləri də narahat edir….

Tam mətn

Türkün türkdən başqa

«Qonşularla sıfır problem». İndiki türk hökumətinin xarici siyasət doktrini dünənə qədər qulağa xoş gələn bu prinsip üzərinə qurulmuş idi. Amma bu doktrin Türkiyəni elə bir çıxmaza sürüklədi ki, heç dostu qalmadı — «sıfır problem» oldu «sıfır dost». Türkiyə təkləndi, yalnız qaldı. R.T.Erdoğanın İbrahim Kalın adlı müşaviri ölkəsinin…

Tam mətn