Redaksiya

Rüşvət almaqdan heç kəs qorxmur

Korrupsiya və rüşvətxorluq üstündə son dönəmin xeyli sayda həbs faktları rüşvət almağa öyrəşmiş məmurları zərrə qədər qorxutmur. Necə deyərlər, dəyirman öz işindədir. Baş Prokurorluğun yeni korrupsiya faktlakı ilə bağlı yaydığı məlumatlardan çıxış etsək, enerji satışı, səhiyyə, sosial müdafiə sahələrində əlləri rüşvətə öyrəşənlər adətlərini tərgidə bilmirlər. Sumqayıt REŞ MMC-nin mühəndisi…

Tam mətn

Riçard Morninqstar: «İnsan alveri ilə bağlı mövcud statistika aysberqin görünən hissəsidir»

«Traffikinq termininə həm məcburi əməyə cəlb etmə, həm də cinsi istismar daxildir. Tək xarici vətəndaşlar deyil, ölkə vətəndaşları da traffikinqə məruz qala bilərlər». APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycan səfiri Riçard Morninqstar ATƏT Bakı Ofisi tərəfindən təşkil olunan «İnsan alveri və məcburi əməyə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi»…

Tam mətn

Aydan Salahovanın Moskvada sərgisi açılıb

Rusiya paytaxtında azərbaycanlı rəssam Aydan Salahovanın sərgisi açılıb. APA-nın xəbərinə görə, «Fascinans and Tremendum» adlanan sərgidə Aydan Salahovanın yeni rəsm əsərləri və heykəltəraşlıq işləri sərgilənir. Rəssamın yeni əsərlərində İslam simvollarına da rast gəlinir. Buna misal olaraq hicab geyinmiş qadının bədəni və minarə silueti əsk olunmuş əsərləri göstərmək olar. Aydan…

Tam mətn

İran səfirliyi DAK-a hücum etdi

İranın Azərbaycan səfirliyi Dünya Azərbaycanlıları Konqresinə hücum etdi. Başqa sözlə, DAK-ın təşəbbüsü ilə «Azərbaycanın quzeyi və güneyi arasında əlaqələr: mövcud durum, perspektivlər və vəzifələrimiz» mövzusunda keçirilən konfransla bağlı dünən geniş bir bəyanatla çıxış etdi. Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda DAK-ın konfransı pislənir, İranla Azərbaycan arasında dostluq əlaqələrini…

Tam mətn

Reproduktiv sağlamlığın yolları müəyyən edilib

«Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında» qanuna görə, yetkinlik yaşına çatmayanların reproduktiv sağlamlıqlarının qorunması və ailə həyatına hazırlıq məqsədilə cinsi tərbiyə və təhsili ailədə, habelə, müvafiq təhsil proqramlarına əsasən təhsil müəssisələrində xüsusi hazırlıq keçmiş şəxslər tərəfindən həyata keçirilməlidir. Qanun layihəsində qeyd olunur ki, yetkinlik yaşına çatmayanlar üçün cinsi tərbiyə…

Tam mətn

Bakıda Macarıstan Ticarət Evi açıldı

Ermənilərin məlum hadisə ilə bağlı saldıqları haray-həşirə baxmayaraq Macarıstan-Azərbaycan iqtisadi əlaqələri daha da sürətləndi. Budapeştdəki müzakirələrin ardınca Bakıda Macarıstan Ticarət Evinin açılış mərasimini gördük. İşlər daha da irəli getməlidir, heç olmasa ona görə ki, Macarıstanla tarixi bağlantılarımız daha dərindədir. Mərasimdə iqtisadi inkişaf naziri Şahin Mustafayev və Macarıstanın xarici işlər…

Tam mətn

İtaliya bizim investorları əməkdaşlığa dəvət edir

Son iki gündə Bakıda Azərbaycan-İtaliya biznes əlaqələri ətrafında ciddi müzakirələr getdi. Biznes-forum da keçirildi və bu forumda 37 şirkət İtaliyadan olmaqla, ümumilikdə 100-dən artıq şirkət və təşkilatın təmsilçiləri iştirak edirdilər. İtalyanlar azərbaycanlı investorları əməkdaşlığa dəvət edirlər. Bunun iqtisadi səbəbləri az deyil. Açıqlanan rəqəmlərə görə, bu ilin yekunlarına görə, İtaliya…

Tam mətn