Muəllif:

Aydan Salahovanın Moskvada sərgisi açılıb

Rusiya paytaxtında azərbaycanlı rəssam Aydan Salahovanın sərgisi açılıb. APA-nın xəbərinə görə, «Fascinans and Tremendum» adlanan sərgidə Aydan Salahovanın yeni rəsm əsərləri və heykəltəraşlıq işləri sərgilənir. Rəssamın yeni əsərlərində İslam simvollarına da rast gəlinir. Buna misal olaraq hicab geyinmiş qadının bədəni və minarə silueti əsk olunmuş əsərləri göstərmək olar.
Aydan Salahova vurgulayır ki, bu sərgi heç də İslam məzmunlu deyil, daha çox dərəcədə qadının özünü senzura etməsi və onun daxili dünyası haqqındadır:
«Həmin qadının hansı dinə mənsub olduğu önəmli deyil. Avropada hicablı qadın azad olmayan qadın anlamındadır. Əslində isə hicab geysən tamamilə fərqli emosiyalar keçirərsən. Zahiri qapalılıq arxasında sən, daxilən tam azad olursan. Mən istəmişəm ki, qadınlar hicab geyinəndə bu daxili azadlığı hiss etsinlər».
Sərgi Qoqol bulvarında yerləşən Moskva Müasir İncəsənət muzeyində təşkil olunub. Aydan Salahova dünya şöhrətli rəssam Tahir Salahovun qızıdır, Moskvada yaşayır. 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini («Aydan») açıb. Onun əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyi kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 408