Redaksiya

Netanyahu: Onun strategiyası — gülümsəmək və bomba qayırmaq

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ televiziyasına müsahibəsində İrana nüvə silahı əldə etmək imkanı verməmək üçün ölkəsinin sərbəst addım atacağını istisna etmir. Xəbərdarlıq edib ki, İranın yeni Prezidenti Həsən Ruhani nüvə layihəsindən imtina etməyəcək. Baş nazir dünya ictimaiyyətini İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb. Netanyahu deyir: «İranın yeni Prezidenti sələfini…

Tam mətn

Urmiya gölünün xilası üçün 1 rial da xərclənməyib…

Bəlli olur ki, Urmiya gölünün xilası üçün dövlət büdcəsindən rəsmən vəsait ayrılsa da, indiyədək. 1 rial da xərclənməyib… və gölün artıq 75 faizi quruyub. Urmiya gölündəki ekoloji fəlakət ölkəni və qonşu ölkələri təhdid etməyə başlayıb. Miyandab (Qoşaçay) və Tekab (Tikantəpə) şəhərlərini İran parlamentində təmsil edən azərbaycanlı deputat Mehdi İsazadə…

Tam mətn

SN: qızılca yayılır, diqqətli olun

Səhiyyə Nazirliyi qızılca xəstəliyinin yayılması ilə bağlı əhalini diqqətli olmağa çağırır. Qonşu olan ölkələrdə qızılca xəstəliyi həddindən artıq qeydə alındığı üçün həmin ölkələrdən bu xəstəliklərin ölkəmizə daim gətirilmə ehtimalı var və bu xəstəliyə hər kəs yoluxa bilər. SN Respublika Gigiyena və Epidemiologiya Mərkəzi bildirir ki, məsələn, Gürcüstanda qızılca xəstəliyi…

Tam mətn

İranlı höccətülislamı Məkkədə vəhşicəsinə döyüblər

İran parlamentinin deputatı, höccətülislam Mürtəza Hüseyni Məkkə şəhərində sübh namazından qayıdarkən yolda naməlum şəxslər tərəfindən qarşısı kəsilib. Onlar iranlı millət vəkilini vəhşicəsinə döyərək yaralayıblar. Hadisəyə münasibət bildirən İran xarici işlər nazirinin konsulluq, parlament və xaricdəki məsələlər üzrə müavini Həsən Qaşqavi deyib ki, Səudiyyə Ərəbistanı hökuməti bu ölkədəki İran vətəndaşlarının təhlükəsizliyinin…

Tam mətn

SQ Türkiyədən iki mobil səhra hospitalı alıb

Türkiyənin «Turmaks» şirkəti Azərbaycan Silahlı Qüvvələrinə iki mobil səhra hospitalı təhvil verib. Bu barədə «Turmaks» şirkətinin təmsilçisindən məlumat yayılıb. Konteynerlərə yerləşdirilmiş, daha asan qurula və daşına bilən bu hospital Azərbaycan Silahlı Qüvvələrinin tələbinə uyğun olaraq ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Müqavilədə nəzərdə tutulandan 2 ay tez – 6…

Tam mətn

«Elşad Abdullayevin işi»: dələduz prokurora 7 il şərti cəza oxundu

Elşad Abdullayevin şikayəti əsasında məsuliyyətə cəlb edilən sabiq prokuror Mirələkbər Seyidovun dələduz olduğu sübuta yetirilib və üzünə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə prosesi bu şəkildə başa çatıb. Sabiq prokuror CM 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib. Və Seyidov…

Tam mətn

V Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlanır

Ənənəvi — V Qəbələ Beynəlxalq Musiqi Festivalı iyulun 24-də başlanır və avqustun 6-dək davam edəcək. Festivalda Azərbaycandan və xarici ölkələrdən adlı-sanlı musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. Festivalda Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba, Qazaxıstandan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər — Yerusəlim…

Tam mətn