SQ Türkiyədən iki mobil səhra hospitalı alıb
Türkiyənin «Turmaks» şirkəti Azərbaycan Silahlı Qüvvələrinə iki mobil səhra hospitalı təhvil verib. Bu barədə «Turmaks» şirkətinin təmsilçisindən məlumat yayılıb.
Konteynerlərə yerləşdirilmiş, daha asan qurula və daşına bilən bu hospital Azərbaycan Silahlı Qüvvələrinin tələbinə uyğun olaraq ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Müqavilədə nəzərdə tutulandan 2 ay tez – 6 aya istehsal olunaraq sifarişçiyə çatdırılan hər bir hospital 60 nəfər tutur. Artıq istehsalçı şirkət tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin istifadəçi heyətinə hospitalın qurulması və yığılması məqsədilə keçirilən təlimlər başa çatmaq üzrədir.
Bir mobil hospital açıldıqda 2500 kvadratmetr ərazini tutur. Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə hazırlamaq mümkündür.

