Muəllif:

Urmiya gölünün xilası üçün 1 rial da xərclənməyib…

Bəlli olur ki, Urmiya gölünün xilası üçün dövlət büdcəsindən rəsmən vəsait ayrılsa da, indiyədək. 1 rial da xərclənməyib… və gölün artıq 75 faizi quruyub. Urmiya gölündəki ekoloji fəlakət ölkəni və qonşu ölkələri təhdid etməyə başlayıb. Miyandab (Qoşaçay) və Tekab (Tikantəpə) şəhərlərini İran parlamentində təmsil edən azərbaycanlı deputat Mehdi İsazadə parlamentdə çıxışı zamanı Urmiya gölünün 75 faizinin quruduğunda isrsr edib və bunu təhlükə əlaməti adlandırıb: “Urmiya gölünü ekoloji fəlakətdən xilas etmək üçün dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq bu günədək hövzənin nicatı üçün heç bir vəsait xərclənməyib”.

Başqa sözlə, İran rəhbərliyi Azərbaycan türklərinə «tədbir görəcəyik» deyə yalan satıb.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kvadrat kilometr olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

İran prezidenti və hökumət nümayəndələrinin 2010-cu ildə Təbrizə səfəri zamanı Araz çayının suyunun Təbrizdəki səhralığa və Urmiya gölünə axıdılması layihəsi təsdiq olunub. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırıb. Son illərdə Urmiya gölü rayonunda 17 su bəndi, gölün şərqindən qərbinə uzanan və gölü iki yerə bölən torpaq keçid tikilib. Ekoloqların sözlərinə görə, bunlar gölün qurumasının əsas səbəbidir, nəticədə göl bəzi yerlərdə on kilometrlərlə quruyub və səviyyəsi 6 metr düşüb. Ekoloqlar həmçinin Urmiya gölündəki ekoloji fəlakətin hövzənin şərq və cənub hissələrində duzlaqların meydana gəlməsinə gətirib çıxardığını, bunun bölgədəki bağlar və əkin yerlərini yararsız vəziyyətə saldığını, nəticədə onlarla kənd tamamilə boşaldığını bildirirlər. İran ekologiya rəsmiləri isə Urmiya gölünün quruması ilə ölkənin milli ekoloji faciə ilə üzləşəcəyini və bu vəziyyətin qonşu ölkələrə də öz təsirini göstərəcəyini bəyan ediblər. Onlar həmçinin Urmiya gölünün qurumasının qarşısını almaq üçün ciddi addım atılmayacağı təqdirdə duz tufanlarının Tehran vilayətinədək çatacağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

Veriləb xəbərlərə görə, çox gec də olsa, Təbrizdə Urmiya gölündəki ekoloji fəlakətlə bağlı oktyabrın 22-də Təbriz şəhərində konfrans keçiriləcək. Bu barədə İranın Şərqi Azərbaycan vilayətinin Təbii Mənbələr və Kənd Təsərrüfatı Tədqiqatı Mərkəzinin rəhbəri Həsən Münirifər açıqlama verib.

Onun sözlərinə görə, “Urmiya gölünün quruması: onun su və torpağa təsirləri” adlanan konfrans iki gün davam edəcək: “Artıq konfrans üçün elmi məqalələrin və tədqiqat əsərlərinin qəbulu başla
yıb. Hər kəs sentyabrın 22-dək elmi məqalə və ya tədqiqat əsərini təqdim edə bilər”.

Bu konfrans keçirilənə qədər yəqin ki, Urmiya gölündən əsər-əlamət qalmaz və konfrans iştirakşıları ölən gölə «fatihə» oxuyub dağılışarlar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 154