Muəllif:

«Elşad Abdullayevin işi»: dələduz prokurora 7 il şərti cəza oxundu

Elşad Abdullayevin şikayəti əsasında məsuliyyətə cəlb edilən sabiq prokuror Mirələkbər Seyidovun dələduz olduğu sübuta yetirilib və üzünə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə prosesi bu şəkildə başa çatıb. Sabiq prokuror CM 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilib. Və Seyidov 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum edilib.

Seyidov hazırda Fransada yaşayan, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Maraqlı burasıdır ki, belə bir ağır məsələ ortada olsa da, onunla «mehriban» rəftar edilib — ibtidai istintaq zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib, istintaq başa çatanadək zamində qalıb… Necə deyərlər, şərhə ehtiyac yoxdur.

Bu günə kimi M. Seyidovun məsuliyyətə cəlb edilməsi barədə heç bir rəsmi açıqlama verilməyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146