Məmurların “məktub yetişmədi” bəhanəsi tarixə qovuşur?
“Elektron hökumət” portalı üzərindən dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması “Elektron hökumət” portalının köməyi ilə həyata keçiriləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının məlumatına…