Muəllif: Redaksiya
AB Ermənistanda Twinning proqramının icrasını dayandırdı
Avropa Birliyi Ermənistanda Twinning proqramının icrasını dayandırdığını bildirib.
İrəvanın xəbər qaynaqlarına istinadən, Avropa Komissiyası artıq Ermənistan hökumətini qərar barədə məlumatlandırıb. Buna səbəb Ermənistanın Gömrük İttifaqına üzv olmaq barədə qərar verməsi göstərilir. Proqramın həmişəlik yaxud müvəqqəti dayandırıldığı haqda açıqlama verilmir.
Twinning proqramı Ermənistanda 2009-cu ildən icra olunur və indiyədək fərqli orqan və qurumlarla 18-ə yaxın layihə və proqram həyata keçirmişdir. Twinning proqramının məqsədi – dövlət qurumlarında AB standartlarına və qüvvədə olan modellərə uyğun islahatlar keçirmək, qanunvericilik sahəsinin AB-nin vahid qanunvericiliyinə yaxınlaşdırmaqdır. Görünür daha buna ehtiyac qalmır.
Bölüm: Xəbərlər
Oxunma sayı: 182

