Redaksiya

İri nominallı pulların dövriyyəyə buraxılması istisna deyil

İri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur. Mərkəzi Bankın sədri Elman Rüstəmov gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsini də istisna etmir, lakin hazırda bu məsələ konkret gündəmdə deyil. E.Rüstəmov bu yaxınlarda manatların yeni dizaynının şəkillərinin internetdə yayılmasına münasibət bildirib: “Bunlar şayiədir və reallığı əks etdirmir. Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir…

Tam mətn

Qadını qəbiristanlıqda öldürən keçmiş polis işçisi imiş…

Qəbiristanlıqda törədilən ağır qətl hadisəsinin üstü açılıb. Suraxanı 31-ci Polis Bölməsinin araşdırmaları nəticəsində qətlə yetirilən qadının Nazilə Nüsrət qızı Əmrahova (1968) olduğu müəyyənləşib. Suraxanı polisi müəyyən edib ki, Əmrahovanı tanışı Zeynal Sadıqov (1970) bıçaqlayaraq öldürüb. Sadıqov tutulub və polisə verdiyi ilkin ifadəsində N. Əmrahovanı borc üstündə öldürdüyünü etiraf edib. Sadıqov…

Tam mətn

İranlının terrorçuluq, casusluq, narkotik alveri… əməlləri

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Prosesin baxış iclası sentyabrın 13-nə təyin olunub. Feyzi Bəhrəm Həsən oğlu CM 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq), 276-cı (casusluq) və 234-cü (qanunsuz olaraq…

Tam mətn

ABŞ İranın terror planı haqda məlumat əldə edib

ABŞ kəşfiyyatı Suriyaya qarşı hərbi əməliyyat başlanacağı təqdirdə İranın ABŞ-ın İraqdakı səfirliyinə qarşı terror aksiyası törədəcəyi haqda informasiya əldə edib.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

ABŞ xüsusi xidmət orqanları ABŞ səfirliklərinə qarşı terrora “Hizbullah”ın da qoşula biləcəyini düşünür. Onların hədəfi Beyrutdakı səfirlik ola bilər.

Tam mətn

Pakistan öz strateji texnologiyalarını transfer etməyə hazırdır

Pakistan müdafiə sənayesinin aparıcı qurumlarından olan Global Industrial & Defence Solutions (GIDS) şirkəti Azərbaycanla bir sıra birgə layihələri nəzərdən keçirir. Bu barədə açıqlamasında GIDS şirkətinin icraçı direktoru, istefada olan aviasiya vitse-marşalı Zübeyir İqbal Malik deyib. O bildirib ki, hazırda bu layihələr Azərbaycan tərəfində qiymətləndirmə mərhələsindədir: “Ümid edirik ki, yaxın vaxtlarda…

Tam mətn

Nazim İbrahimov: “Dağlıq Qarabağ erməniləri arxayın ola bilər ki, …»

Bakıda keçirilən “Ali səviyyədə görüş” adlı forum çərçivəsindəki qapalı görüşlərdə siyasi problemlər, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə olunub, problemin həlli üçün variantlar təklif edilib. APA-nın məlumatına görə, bunu tədbirin təşkilatçılarından olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yekun mətbuat konfransında deyib. O bildirib ki, münaqişələrin həllinin…

Tam mətn

Bakıda güləşin olimpiya oyunlarından çıxarılmasına etiraz edilib

Bakıda “Olimpiya Oyunlarında güləşin saxlanılmasına dəstək olaq!” şüarı ilə aksiya keçirilib. İdmançılar Yay Olimpiya Oyunlarından güləş növünün çıxarılmasına etiraz ediblər. Aksiyada Azərbaycanın Olimpiya Komitəsinin, Güləş Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, güləş üzrə Dünya, Olimpiya və Avropa çempionları iştirak ediblər. Aksiyada Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə və İcraiyyə Komitəsinə müraciət oxunub. “Güləş idman…

Tam mətn