Muəllif:

Ermənistan SQ Naxçıvan istiqamətində təlimlər keçirir

Ermənistan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətində yerləşən hərbi hissələri genişmiqyaslı operativ-taktiki təlimlər keçirirlər. Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat verib, deyə Turan-ın Armİnfoya istinadən yaydığı
xəbərdə deyilir. Erməni tərəfi bu istiqamətdə təlimlərin keçirilməsini avqustun 23-də baş vermiş insident ilə izah edir. Belə ki, Aqarak-Ordubad sərhədində bir erməni hərbçi öldürülüb, digəri yaralanıb.
Müdafiə Nazirliyinin məlumatına görə, 7 gün davam edəcək təlimlərdə bütün qoşun növlərinin bölmələri iştirak edir. Təlimlərdə atəş tapşırıqları yerinə yetirilməklə əks hücum planı həyata keçiriləcək.
Təlimlər Baş Qərargah rəisi Yuri Xaçaturovun rəhbərliyi ilə keçirilir. Sentyabrın 4-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan təlim zonasına baş çəkib.
Təlimlərə hazırlıq sentyabrın 3-dən başlayıb. Həmin gün Yerevan-Yerasx trassı cənub istiqamətində hərəkət edən döyüş dəstələri ilə dolu olub. Dəstəyə Silahlı Qüvvələrin şəxsi heyətinin olduğu hərbi avtomobillər, artilleriya, hərbi texnika daxildir.
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təlimlərini hələlik şərh etmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 215