Muəllif:

Məmurların “məktub yetişmədi” bəhanəsi tarixə qovuşur?

“Elektron hökumət” portalı üzərindən dövlət qurumları onlara ünvanlanan müraciətləri cavabsız qoya və ya göndərilən suallardan yayına bilməyəcəklər. Eyni zamanda bəzi dövlət qurumlarının “məktub yetişmədi” kimi ənənəvi bəhanələrinə də son qoyulacaq. Bu problemin aradan qaldırılması “Elektron hökumət” portalının köməyi ilə həyata keçiriləcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytının məlumatına görə, elektron imza ilə təsdiqlənən müraciətlər adi müraciətlərdən fərqli olaraq, kağız üzərində əl imzası ilə eyni hüquqi qüvvəyə malik olduğundan bu, qarşı tərəfi müraciəti cavabsız qoymaq məsuliyyətindən azad edə bilməyəcək.
Müraciətin icrasının qeyri-qanuni səbəblər üzündən ləngiməsi və ya icrasına başlanmaması kimi səbəblər üzündən mübahisəli hallar yarandığı halda müraciət edən şəxs müraciət etdiyi quruma qarşı bunu əsas sübut kimi də istifadə edə biləcək. Vətəndaşların “e-gov.az” portalı vasitəsilə mərkəzi icra hakimiyyəti orqanlarına ünvanladıqları elektron müraciətlərin nəzarət mexanizmi var. Belə ki, portal üzərindən aparılan bütün əməliyyatlar loglaşdırılır. Lazım olduqda vətəndaşın hansı tarixdə hansı quruma, hansı mövzuda müraciət etdiyi haqda arayış vermək mümkündür.-03D-

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158