Pərviz Cəbrayıl

Eyni vaxtda həm ağlayıb, həm gülən adam…

Atam öldü. Əslində, bir gün belə yanından çəkilməyən həkimi elə dünən düşdüyü komadan sonra məni ard-arda bahalı dərmanların ardınca göndərib aldırsa da, hər şeyi bilirmiş… Ancaq yaşlı qohum-əqrəbaya imkan vermədim yerdən döşək salıb kişini üzü qibləyə uzatsınlar. Qoymadım çənəsini bağlasınlar! Ölməyəcək, dedim! Amma atam öldü. Məni ağlayan görən olmadı. Tabutunun altına çiynimi vermədim. Cənazədə hamıdan arxada getdim, hamıdan axırda çıxdım məzarlıqdan. Qəbrinə torpaq atmadım. Ağlamadım. Bəlkə hansısa məqamda həmişə deyib-güldüyüm birinin hansısa sözünə gülmüşəm də. Xatirimdə deyil.

Tam mətn

«Nərimanovun» fahişələri

“Azərişığ”ın yarıtmaz vəziyyəti ölkəni iki gün iflic elədi. Ölkə öz həqiqi rənginə büründü. Niqab düşdü, niqabın vahiməli rəngi qaldı.

Tam mətn

Seçəsi olsaq… Mən ölümü seçirəm…

Bəzən adama elə gəlir ki, intihar deyilən şey ölüm deyiləndən çox baş verir. Bitib-tükənmir. Sanki bütün insanlar intihar edir, bəziləri isə hansısa səbəbdən ölür. Və sanki ona görə ölümdən ara-bir danışırıq, intihar söhbəti isə bitmir ki, bitmir. Və elə bil hər gün ölən olmur, ancaq allahın ver günü kimsə intihar edir. Daha hər yer Kərbəla, hər gün aşura deyil. Artıq hər gün intihar!

Tam mətn

İşçilərinin güngörməzini izləyən rəhbərlər

Qədim Roma imperatorları dünyanın hər zövq-səfasını, hər həzzini görəndən sonra yaman duruma düşmüşdülər. Daha heç nə onların kişiliyini oyandıra bilmirdi. O zaman insan şüurunun alt qatında gizlənmiş çox iyrənc özəlliklərdən birini kəşf etdilər, yaxud xatırladılar. Ya da bu, sadəcə, onların ağlına gəldi və sonradan psixoanalitiklər onu rəsmiləşdirdilər. Onlar öncə açıq total orgiyalar təşkil edir, orgiyaları açıq seyr edir, özlərində hiss oyandırmağa çalışırdılar. Sonra bu da öz sehrli gücünü itirdi və haqqında danışdığımız məsələyə start verildi.

Tam mətn

Dünyanın 8-ci möcüzəsi

Bakıdakı yanacaqdoldurma məntəqələrindən birində bu yaxınlarda çəkilmiş video məni heyrətə gətirdi. Əslində, burda bilmədiyimiz bir şey yox idi. Ancaq yenə də heyrətlənirsən. Hansı sürücünü dindirsən, sənə eyni sözü deyəcək:“Kəsirlər!” Videoda sayğacda 75 litr nə qədərsə benzin vurulduğu görünür. Bu vaxt sayğacı videoya çəkən sürücü dilə gəlir, benzini saxlatdırır, avtomobilinin benzin çəninin cəmi 58 litr tutduğunu deyir. Təsəvvür eləyin, adam çənini tam doldurmağı istəyib və sayğaca inansaq, guya 75 litr vurulub, ancaq çən hələ dolmayıb.

Tam mətn

Allah, bu küçəyə giriş qadağandır…

O küçə Bakının ən modern küçəsidi. Ən azı hələ ki. Ondan arxada səki var. Soldan başlasaq, səkidə “New image” (yeni görünüş, yeni obraz) adlı dükanmı, ya nəsə bir şey var. Jalüz qapısı bağlıdı. Endirilib. Ondan sonra, yəni üzü sağa hansısa bankomatdı. Bankomatdan o yana bir fotoatelyedi yəqin ki. Orda xoşbəxt insanlar, ya da xoşbəxt olmaq şansının hələ qarşıda olduğuna ümid edənlər şəkil çəkdirir, harasa CV yollayır. Ancaq bu atelyenin ona heç bir dəxli yoxdu, qarşısındakı zir-zibildən başqa.

Tam mətn

Biləcəridən o yana-bu yana faciəsi

Azərbaycan yazıçıları Biləcəridən o yana keçə bilmir, yəni bu, əslində o deməkdi ki, yazıçı-şairlərimizin çap olunan kitablarından dünyanın bilmərrə xəbəri yoxdu. Ola da bilməz. Niyə? Bu haqda bir azdan danışarıq. Bəs Biləcəridən bu yanda vəziyyət necədi? Guya Biləcəridən bu yanda yazıçılarımızı tanıyırlar? Hə, əlbəttə, şəxsini, adını-soyadını, hətta Feysbukda yazıçı, şair işlədiyini bilirlər. Çağımızda problem deyil bu. Sosial şəbəkələr dünən əlinə qələm alıb yazmağa başlayan ən cücə yazarı da tanıdır.

Tam mətn