Pərviz Cəbrayıl

İslam dünyasında ən çox satılan və alınan şey…

Ağzını açanları çarmıxa çəkdilər, tonqala atdılar, şaqqaladılar, dərisini soydular. Və XXI əsrdə belə bu qorxu diri qaldığına görə, demək ki, hələ təhlükə sovuşmayıb, qorxu candadı, qandadı, hələ canımızdan çıxmayıb, gözümüzün odu necə alınıbsa, o xofdan xilas ola bilmir və ağzımızı açmağa qorxuruq. Elə o xofu candan çıxarmaq üçün yazmağa məhkumsan.

Tam mətn

Zavala gələsən, Merkel…

İnsan çalıb-çapmadan, oğurluq etmədən, necə deyərlər, halalına haram qatmadan yaşaya bilərmi? Bunsuz keçinməsi mümkünmü? Məncə, hə. Bir alman vətəndaşını – kəndlisini, fəhləsini, məmurunu götürək. Məsələn, bir alman kəndlisi onun balaları üçün tikilən məktəbin daşını oğurlarmı? Ya bir alman mühəndis özü və öz övladları, vətəndaşları üçün saldığı körpünün sementini, armaturunu və başqa şeylərini oğurlayıb satarmı artıq qazanc üçün? Cavab hər kəsə aydındı. Ancaq söhbət bizimkilərdən gedir. Məşhur lətifə hamının yadında olar.

Tam mətn

Ateistlər o zaman Allaha inanacaq…

Bir neçə ay qabaq bir müsahibə oxudum. Maraqlı müsahibdi. Filosofdu, ya baqşa bir sahənin alimiydi. Dinlərlə bağlı maraqlı fikirləri vardı. Lənətə gəlmiş huşsuzluğum üzündən adını xatırlaya bilmirəm. Deyirdi ki, dinlərlə savaşmağın mənası yoxdu, çünki onsuz da insanların beynindən bunu silib atmaq mümkün deyil. O zaman onlara bənd olma. Belə deyirdi. Hərçənd elə məqamlar var ki, təkcə dinə və ya dindarlara deyil, istənilən baxışa və ya təbəqəyə bənd olmamaq mümkün deyil.

Tam mətn

Qadınlarımızın sevgi əxlaqsızlığı…

Mövzumuza daxil olmamış, bəri başdan bir şeyi xatırladım: bəzi oxucularımız başlığın yanlış olması, yaxud hansısa sözün dırnaqda yazılmasıyla bağlı göstəriş verməyə, tələb etməyə tələsməsinlər. Hansı sözün hansı məqamda dırnaqlı-dırnaqsız yazıldığını az-çox bilirik. Bu başlıqda sözün həqiqi və ifadə olaraq işlənməmiş əxlaqsızlıqdan gedir söhbət. Keçək mövzumuza. Hə… Bizim qadınlar… qızlar… Bu zərif cinsin ailəyə, əxlaqa sadiqliyindən əsrlərlə danışmaq olar – elə danışılır da… Lakin! Lakin məsələ ondadı ki, onları bu yöndəcə böyüdüb, tərbiyə eləyiblər.

Tam mətn

Jurnalistlərin ağuya dönmüş çörəyi…

Yəqin ki, hər biriniz heç olmasa 2-3 intihara cəhd videosu izləmisiz, yaxud həmin səhnələri filmlərdə, bəziləriniz isə reallıqda görmüsüz. Ətrafdakı adamlar özünü, məsələn, körpüdən atmaq istəyən şəxsə yaxınlaşıb onu xilas etmək üçün məqam gözləyir. Adam intihar adıyla körpünün məhəccərini üzü ölüm tərəfə keçib, məhəccərdən bərk-bərk, az qala onəlli yapışıb, bir əlində də mobil telefonunu balasını ölümdən qoruyan ana kimi möhkəm-möhkəm sıxıb.

Tam mətn

Onu bağışlamaq olarmı?

Bəri başdan boynuma alıram ki, bir sual qarşısında son dərəcə aciz qalmışam: “Onu bağışlamaq olarmı?” Təbii sual doğur: — Kimi? Ən yeni Azərbaycan tarixinin də ən aktiv sualı məhz budur: “Onu bağışlamaq olarmı? Və kimi?” Bu sual baş verən proseslərdən dərhal sonra amansız formada, həm də az qala hər fərd üçün eyni şəkildə gündəmə gəlir. “Onu bağışlamaq olarmı” sualı az qala fərdlərin taleyini həll etdi və hələ də edir.

Tam mətn

Bir qatı söyüşün açılmayan sirri

Deyəsən 13 yaşım vardı onda. Yay tətilinə çıxıb elə sabahı, bir günü də bada verməyib atamın əqrəbası, məndən 5 yaş böyük dağlar oğlu Cabbarla onların – az qala Savalanın ətəklərində yerləşən dağ kəndinə gedirdim. Onda əlbəttə, internet-şop, onlayn alış-veriş yox idi. Amma maraqlı sifariş jurnalları buraxılırdı, istədiyini gətirdə bilirdin. Hər şey saat kimi nizamlanmışdı. Sifarişini sağ-salamat poçtda təhvil alıb pulunu ödəyirdin. İndi o musiqi alətinin adını bilən yoxdu. O vaxt “Faema” deyirdilər.

Tam mətn