İsmayıl Umudlu

Elşad Abdullayevdən daha bir video

Fransada yaşayan Elşad Abdullayev sosial şəbəkələrdə öz «rejissorluğu» ilə çəkilmiş «video-serial»ın daha bir «bölüm»ünü yayımladı və siyasət adamlarından gözlənilən reaksiyalar özünü çox gözlətmədi. Məlum serialın gizli lentə alınmış bu «bölüm»ündə parlament mandatı üçün çox çirkin bir alverin şahidi oluruq. Beynəlxalq Universitetin keçmiş rektoru gizli kamera ilə çəkilmiş və parlamentdə…

Tam mətn

Strasburq məhkəməsi biz vergi ödəyicilərini cərimələdi

Strasburq məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların Azərbaycan hökuməti tərəfindən pozulmasını tanıyaraq 10 nəfər ölkə vətəndaşının şikayətini təmin edib. Bu barədə «Turan»a həmin vətəndaşlardan 9-nun hüquqlarını müdafiə edən Əsabəli Mustafayev bildirib. Söhbət 2003-cü il oktyabrın 16-da, prezident seçkilərindən bir gün sonra keçirilən etiraz aksiyasında iştiraka görə həbs…

Tam mətn

Sabir Rüstəmxanlı: «Onlar niyə Azərbaycan sözündən bu qədər qorxurlar?»

İran tərəfin Azərbaycan XİN-ə son notası ilə bağlı DAK sədri Sabir Rüstəmxanlı münasibətini açıqlamışdır. «İran elə bilir ki, güneydə, öz tarixi torpaqlarında yaşayan 35 milyon xalqa öz tarixini unutduracaq, onların bütün hüquqlarını əllərindən alacaqlar. Bu mümkün deyil». APA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bu sözləri onun…

Tam mətn

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair yeni ideyalar?

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair «yeni ideyalar»dan söz edilir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov danışır. Nazirin açıqlamasına görə, yanvarın sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri və Minsk Qrupu həmsədrləri arasında növbəti görüş keçiriləcək və bu «yeni ideyalar» müzakirə ediləcək.

Nazir həmsədrlərin münaqişənin həllinə dair…

Tam mətn

İrəvandan hiyləgər təklif, Moskvadan rədd cavabı

Ermənistan Türkiyə və İranla sərhədlərinin qorunmasını  nə vaxtdan bəridir  Rusiyanın boynuna yüklədiyi ilə fayətlənməyərək, Azərbaycanla sərhədlərin qorunmasını da onun boynuna (oxu: Rusiya vergi ödəyicilərinin) yükləmək fikrinə düşüb. Moskva onların rəsmi müraciətinə mənfi cavab verib. Bu

Tam mətn

Polis aksiyanın qarşısını aldı

Müxalifətçi İctimai Palatanın paytaxtın Fəvvarələr meydanında aksiya keçirmək cəhdinin qarşısı polis tərəfindən alınmışdır. Aksiya 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə təyin edilmişdi. Aksiyaya toplaşanların sayı APA-nın xəbərinə görə, «bir qrup», Turan-ın xəbərinə görə «onlarca» olub.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı…

Tam mətn

Xaricdən son 10 ildə 10 milyard dollardan artıq kredit almışıq

Azərbaycan hökuməti cəlb edilən xarici kreditlərdə ehtiyatlı olmalıdır. Bank Monitorinqi Koalisiyasının «Xarici dövlət borcları və beynəlxalq maliyyə institutlarının layihələrində ictimai iştirak» hesabatında deyilir ki, 10 ildə dövlət zəmanətli 10 milyard 495 milyon dollar vəsait alınıb. Bunun 5 milyard 818 milyonu xərclənib. Ənənəvi donorlarla yanaşı (DB,…

Tam mətn