Muəllif:

Polis aksiyanın qarşısını aldı

Müxalifətçi İctimai Palatanın paytaxtın Fəvvarələr meydanında aksiya keçirmək cəhdinin qarşısı polis tərəfindən alınmışdır. Aksiya 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü münasibəti ilə təyin edilmişdi. Aksiyaya toplaşanların sayı APA-nın xəbərinə görə, «bir qrup», Turan-ın xəbərinə görə «onlarca» olub.

Aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı səbəbincə, polis müxalifətçilərin təşəbbüsünə müdaxilə etmişdir. Polislərin oraya 10 avtobusda gəldikləri deyilir. Aksiyada saxlanılan şəxslərin Səbail, Yasamal və Nəsimi rayon polis idarələrinin bölmələrinə aparıldığı xəbər verilir. Aksiya ərəfəsində Sumqayıt şəhərində də həbslər aparıldığı xəbərlərə əlavə olunur.    İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinə dünən üçün saat 14-də Milli Məclisin binası qarşısında aksiya keçirməklə bağlı müraciət etmişdi. İcra Hakimiyyəti İctimai Palatanın bu ərazidə aksiya keçirmək barədə müraciətinə rədd cavabı vermişdir. Aksiya təşkilatçıları dekabrın 8-də Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb və onlara razılaşdırılmamış aksiyanın keçirilməsinin qarşısının alınacağı barədə xəbərdarlıq da edilmişdi.   Sonradan İP üzvləri taktikanı dəyişərək MM binasının qarşına deyil, ənənəvi olaraq meyl etdikləri Fəvvarələr meydanına toplaşıblar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176