Muəllif:

İrəvandan hiyləgər təklif, Moskvadan rədd cavabı

Ermənistan Türkiyə və İranla sərhədlərinin qorunmasını  nə vaxtdan bəridir  Rusiyanın boynuna yüklədiyi ilə fayətlənməyərək, Azərbaycanla sərhədlərin qorunmasını da onun boynuna (oxu: Rusiya vergi ödəyicilərinin) yükləmək fikrinə düşüb. Moskva onların rəsmi müraciətinə mənfi cavab verib. Bu hiyləgər  müraciəti Rusiya tərəfi müsbət dəyərləndirməyib və belə bir məsələyə münaqişə həll olunandan sonra baxmağı mümkün sayıb.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məsələni şərh edərkən deyib ki, indiki məqamda sərhədlərin birbaşa Rusiya sərhədçiləri tərəfindən qorunması absurd məsələdir. Məmmədov qeyd edib ki, Ermənistanın təcavüzü aradan qaldırıldıqdan sonra sərhədlərin delimitasiyası işləri ilə yenidən məşğul olunacaq.

Komitə sədri xatırladıb ki, sovet dönəmində ikimüttəfiq respublika arasında bu məsələ ilə bağlı sonuncu sənədləşmə mərhələsi 1980-ci illərin əvvəllərində olub və həmin sənədlər mövcuddur. Söhbət Azərbaycanla Ermənistan arasındakı sərhəd zolağının o vaxtkı protokollaşdırılmasından gedir.   İrəvanın Moskvaya indiki təklifinə gəldikdə, bunun bir neçə səbəbi ola bilər: Ermənistan rəhbərliyi Azərbaycan sarıdan narahatlıq keçirir, və Rusiyanın arxasına sığınmaq üzərində düşünür; bu işin icrası üçün maliyyə vəsaiti və insan ehtiyatı yetərincə deyil. Sərhədlər boyunca bir neçə bölgədə məlum mübahisəli ərazilərin rəsmən razılaşdırılmış xəritələrdə qanuni Azərbaycan ərazisi olduğunu yaxşı bilir və həqiqət onların «kürkünə birə salır»…

Ermənistana uduş şansı verməyən bu mübahisələrə qarışmaq, üstəlik də bu işin sanballı maliyyə tərəfini qarşılamaq Rusiyaya çoxmu vacibdir?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 195