HƏR DƏRDİ DANIŞMAQ OLARMI?..
Jurnalistika təkcə fəaliyyətilə yox, həm də adı ilə də daim mübahisələr doğurub. Bəziləri onu arabir “iki ən qədim peşə”dən biri saysa da, biz həmişə hesab etmişik ki, o, düşünüldüyündən də ciddi sahədir, çox iti ağıl və analitik təfəkkür, cəsarət tələb edən peşə, üstəlik bəlkə də dünyanın ən risqli sənətlərindəndir. Hətta əsgərlər də adətən müharibələr zamanı ölür, amma jurnalistlər üçün xüsusilə “risqli mövsümlər-dövrlər” olmur, onlar bütün dövrlərin əsgərləridir.