Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

«Son zəng»

Yaddaşımda iki son zəng qalıb. Birincisinin mənə birbaşa aidiyyəti yoxdu, əslində o, kiminçünsə «son zəng» idi, mənimçünsə «ilk» idi. Məktəb on birinciləri yola salırdı, bizsə onların yerini tutasıydıq. O zaman, 1964-cü ildə, məzunlar üçün bu son zəngin nə demək olduğunu başa düşmürdüm, başa düşə də bilməzdim (indi-indi başa düşməyə…

Tam mətn

Milli herostratlar

Həmkarlarımdan biri bu yaxınlarda Sərdar Cəlaloğlunun Səməd Vurğunu, kiminsə Mirzə Fətəli Axundovu, kimininsə Cavanşir və Qaçaq Nəbini və daha kimlərinsə el arasında adları dillər əzbəri olanları bəyənmədiklərinə necə münasibət bəslədiyimi soruşdu. Sözün düzü, olmayan yerdə kimisə bütləşdirməyin, nə vaxtsa deyilənlərin doqmalaşdırılmasının həmişə əleyhinə olmuşam, eyni zamanda da düşünmüşəm ki,…

Tam mətn

«Qırğı balası»

Bu həftə diqqət mərkəzinə «dedovşina» ilə bağlı daha bir əcayib xəbər düşdü, amma bu dəfə «dedovşina»nın qurbanı əsgər deyil, məktəbli olmuşdu. Təəccüblənməyin, bu nə müəllim səhlənkarlığı, nə də savadsızlığıydı, əsl «dedovşina» idi. Söhbətin Sumqayıt məktəbindəki şagird ölümüylə nəticələnən hadisədən getdiyini, hörmətli oxucu, yəqin ki, anladı. Unudanlar üçün bir daha…

Tam mətn

Narazı keçəllər

Dünən oxuduğum xəbərlərdən bir neçəsi, mənim aləmimdə, digərlərindən xeyli seçilirdi. Hadisələr ayrı-ayrı ölkələrdə baş versə də, diqqətimi onların daxili məğzi etibarilə bir-birinə oxşarlığı cəlb etmişdi. Söhbət siyasətçilərin əhalini bezdirdiyindən gedir. Yeganə fərq həmin siyasətçilərin cəmiyyətdən hansı asılılıqda olmasındadır. Çünki biri seçicisini vətəndaş, digəri isə təbəə sayır və özünü də…

Tam mətn

Xorla oxumaq mədəniyyəti

İki gün əvvəl Bakıda hamılıqla Ümumdünya Mətbuat Azadlığı gününü qeyd edirdik. Qeyd edirdik, deyəndə, söhbət heç bir bayram şənlikləri-filandan getmir. Bu sahədə bayram ediləsi bir şey də qalmayıb. Sadəcə olaraq, hərə bir guşəyə çəkilib özü deyib, özü də eşitdi, çünki bizdə özgəsini dinləmək kimi bir vərdiş yoxdur. Hərçənd, dinləyə…

Tam mətn

«Dəli Kür»

Adamın qulağı hər gün bir əcayib şey eşitməsə, kar olar. Bir həftəyə yaxınıydı ki, Bakıda deyildim. Qulağım dinc, əsəblərim rahat idi, amma darıxırdım. Ev üçün, dostlar üçün darıxırdım, Bakının ağır havası üçünsə burnumun ucu göynəyirdi. Nəhayət, evə döndüm və Bakının «havasının ağırlığını» duydum. Gerçək problemlər qalıb bir kənarda -…

Tam mətn

Keyfiyyətli həyat

Şimali Kipr Türk Respublikasındayam. Burada dəfələrlə olmuşam, həmişə də xoş təəssüratlarla qayıtmışam. Düşünmüşəm ki, adam qocalıb lap əldən düşəndə gərək belə bir yerdə dəniz sahilində kiçicik bir daxma alıb yaşasın. Görünür, bu istək Ernest Heminqueyin yaradıcılığını çox sevdiyimdən və usta yazıçının Kubada yaşadıqlarını həddən artıq canlı təsvir etməsindən irəli…

Tam mətn