Elçin Şıxlı

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» - «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

Ayrılan yollar

Gülər Əhmədovanın həbsi məntiqəuyğun olduğu qədər də, gözlənilməz alındı. Keçən il sentyabrın 25-dən közərən alov, deyəsən, yandırmağa başlayır. Elşad Abdullayevin Kventin Tarantinosayağı sürrealist süjetlərini izləyən cəmiyyət bunun nə ilə nəticələnəcəyini səbirsizliklə gözləsə də, həmin tamaşanın istəmədikləri halda baş qəhrəmanlarına çevrilmiş simaları son zamanadək özlərini nə qədər tox tutsalar da,…

Tam mətn

Hörmətli oxucu!

«Ayna»nın qəribə taleyi var. 1990-cı ildən bəri, hələ qəzetlərə ad axtaranda, əvvəlcə rus versiyasının «Zerkalo» olacağını qərarlaşdırdıq. «Zerkalo»nun azərbaycancasının necə olacağı isə düyünə düşdü. İlk baxışda sadə bir işdi, tərcümə et, vəssalam. Amma «güzgü» nəsə adamın nə dilinə, nə də qulağına yatırdı. Bir sözlə, xeyli götür-qoydan sonra, nəhayət,…

Tam mətn