Kondor
Toplantı iştirakçıları tolerantlıq, insanpərvərlik, beynəlxalq hüquq, münaqışələr və daha nə bilim nələr barədə qızğın müzakirələr aparırdılar. Mənim fikrimsə iri pəncərələrdən açılan mənzərədə – yamacboyu bitən çılpaq ağacların arasından ağaran qarda və ta Xəzərə kimi göz işlədikcə uzanan mavi ənginlikdə idi, çünki Bakıda nə qar vardı, nə də gözə dinclik verən bu genişlik. Nəzərlərimi pəncərədən çəkib içəri baxdığımda müzakirənin bir qədər də qızışdığını gördüm və darıxdım. Yerimdən qalxıb zaldan çıxdım. Ürəyim yaman döyünürdü.
On dörd canavar
Dostum İskəndər Şəkinskiyə minnətdarlıqla “Ayazlı, şaxtalı bir qış axşamı, Yeddi yoldaş olub, yola düzəldik”. Səməd Vurğun Bu yazıda söhbət nə Yusif Səmədoğlunun “Yeddi oğul istərəm”indən, nə böyük Akira Kurosavanın “Yeddi samuray”ından, nə də Hollivud incisi “Möhtəşəm yeddilik”dən gedir. Söhbət on dörd canavardan gedir… Yelloustoun Milli Parkı (Yellowstone National Park – ing.) 1872-ci ildə ABŞ prezidenti Uliss S. Qrant (Ulysses S.
“Sənət əbədidir, ömür amanat…”
“Belə bir fikir var ki, jurnalisti klassik yazıçıdan fərqləndirən əsas məqamlardan biri onun faktlarla işləmək vərdişinin bədii təxəyyülü üstələməsi, təsvirlərinin canlı deyil, qəzet üslubundan irəli gələn quruluğudur”. Bu cümlə Arif Əliyevin ilk publisistik romanını oxuduqdan sonra yazdığım yazıdandır. Üstündən beş ildən artıq vaxt keçib. Bu dəfə Arifin üçüncü bədii-publisistik əsəri qarşımdadır. Təxminən bir ay əvvəl heç nə olmamış kimi dedi ki, “Elçin, bir povest də yazmışam. Gör bir necədi?”.
Qınına çəkilmiş çanaqlılar
Yuxu gözündən tökülürdü. Əlindəki işləri görüb tezcə yorğan-döşəyə girib yatmaq və yuxusunu almaq istəyirdi. Yaş öz sözünü deyirdi. Daha əvvəlki kimi gecəni-gündüzə qatıb durmadan işləyə bilmirdi… Bütün proqram və faylları səliqəylə bir-bir yaddaşa verib kompüteri söndürəndə gecə yarıdan xeyli keçmişdi. İş masasının arxasından qalxıb gərnəşdi və yumruğuyla sinəsinə vurdu. Başını bulayıb eyvana çıxdı ki, yatmazdan əvvəl bir az təmiz hava udsun. Evdə geyindiyi qolsuz içliyi çiyninə atmışdı. İki gündü durmadan əsən dəli külək kəsdiyindən ətraf sakitdi.