Administrator

Bakı İH köşklərlə bağlı məhkəmə işinə məhəl qoymayıb

Cümə günü 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Vüsalə Baxışovanın sədrliyi ilə «Turan» İnformasiya Agentliyinin Bakı Şəhər İH-yə qarşı iddiası üzrə ikinci məhkəmə iclası keçirilib. İddia «İnformasiyanın əldə olunması haqqında» qanunun 24.1-ci maddəsinə uyğun olaraq şəhər rəhbəri Hacıbala Abutalıbovun paytaxtda yeni köşklərin qurulmasına dair məlumatın verilməsindən imtina etməsi ilə əlaqədardır….

Tam mətn

Müxalifət MM qarşısında aksiyada israrlıdır

«Bakı polisi dekabrın 10-da İctimai Palatanın aksiya keçirməsinə imkan verməyəcək». Bunu APA-ya açıqlamasında Bakı Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov deyib. Rəis müavini bunu Bakı Şəhər İcra Hakimiyyətinin aksiyaya icazə vermədiyi ilə əsaslandırılıb: «Razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir. Biz lazımı tədbirləri görəcəyik. Qəti şəkildə bildirirəm ki, kimlərsə paytaxtda ictimai…

Tam mətn

Rusiya taxılı bahalı olsa da…

Taxıla olan tələbatı tam şəkildə daxili istehsal hesabına ödəmək mümkün deyil. Məhz ona görə daxili istehsalla yanaşı, müəyyən həcmdə taxıl idxal olunur. Hazırda Azərbaycan əsasən taxılı Rusiya və Qazaxıstandan idxal edir. Azərbaycana Rusiyadan idxal olunan taxıl Qazaxıstandan gətirilən taxıldan təqribən 30% baha başa gəlir. Eyni zamanda, Azərbaycan taxılı müxtəlif…

Tam mətn

Dağıstanda alovlanan siyasət

Quzey Qafqaz bölgəsini «Qərbi Qafqaz» və «Şərqi Qafqaz» inzibati bölgüsünə ayırmaqla Rusiya etnoqrafları bölgədə yaşayan yerli xalqların milli oyanış prosesinin qarşısını ala biləcəklərinə ümid edirlər. Tək bu deyil, başqa variantlar üzərində də işlməyə başlayıblar. Bu gün Moskvanı buna ən çox vadar edən səbəblərdən biri də Qafqaz toplumlarında ayrı-ayrılıqda tədricən milliyyətçi…

Tam mətn

İran niyə PKK-ya dəstək verir?

Bu həftənin əvvəlində İran parlamentinin sədri Əli Laricani Ankarada olduğu saatlarda Türkiyənin daxili işlər naziri İdris Naim Şahin şok açıqlama verib. Lent.az-ın verdiyi məlumata görə, milliyyətçi mövqeyi ilə seçilən İdris Naim Şahin TRT Haber telekanalına açıqlamasında deyib ki, İranın PKK terror təşkilatına dəstək verdiyini bilirlər. İdris Naim Şahin bildirib…

Tam mətn

Premyer Liqa klublarının hegemonluğu

Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları keçirilib. Bir oyundan ibarət bu mərhələnin bütün görüşləri eyni gündə təşkil olunub. Qarşılaşmalardan dördü daha prinsipial xarakter daşıyıb. Çünki həmin oyunlar Premyer Liqada çıxış edən klublar arasında idi. Qalan dörd görüşdə isə vəziyyət fərqli olub. Çünki həmin oyunlarda mübarizə Premyer Liqa…

Tam mətn

Suriyada öldürülənlər arasında vətəndaşlarımız var

Suriyada müxalifətlə hökumət qüvvələri arasında baş verən toqquşmalarda vətəndaşlarımız öldürülüb. Bu qanlı toqquşmalarda həyatını itirən Azərbaycan vətəndaşlarından birinin kimliyi bəlli olub. APA-nın öz mənbələrinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Kəngərli Araz Ayrım oğlu bu ilin ortalarında bir qrup şəxslə birgə Suriyaya yola düşüb. A.Kəngərli burada müxalifətə yaxın…

Tam mətn