O qadın…
Yataqxanda birotaqlı evdə 3 nəfər yaşayırdı. Ana və iki övladı. Övladların hər ikisinin anadangəlmə görmə qüsuru vardı. Dünyaya gəldikləri gündən dünya işığına həsrət qalmışdılar. Oğlan da, qız da 20 yaşı keçmişdi. Ataları ikinci uşağın da gözdən əlil olduğunu biləndən sonra həyat yoldaşını tərk etmişdi. Ana da öz balaları ilə darısqal otağa sığınmış və 20 il əzab, əziyyətlə yaşamışdı. Ali təhsili olmadığından əlində sənəti yox idi. Müxtəlif işlər görüb, ailəsini dolandırırdı.