Seymur Kazımov

Haqq, hüquq, ədalət

Acınacaqlı durumdur. Ölkədə hansısa obyekt, təşkilat və s. qapadılanda ağlımıza gələn ilk şey qarın olur. Daha dəqiq ifadə etsək, “gör, nə qədər adam işsiz qalacaq, balaları gecə ac yatacaq”. Təxminən belə bir şey. Aydın məsələdir ki, kiminsə balasının ac yatması çox ciddi və qlobal məsələdir, buna görə də fakt qınanmalıdır. Yalnız, elə dəyərlər var ki, onları qarınla, aclıqla ölçmək bir cəmiyyət üçün faciədir. Deyir ki, çox uzağa getməyək, götürək elə Yaponiyanı.

Tam mətn

Cəzasızlıq sindromu və cavabsız suallar

Müstəqil media olsaydı, Azərbaycanın gün ərzində iki dəfə rəsmən qaranlığa qərq olmasını detalları ilə aydınladar, işıqlığa çıxarardı. Müstəqil ekspertlər, iqtisadçılar, energetiklər bu anormal hadisənin başvermə səbəblərini müzakirə edər, bu məsələyə cavabdeh əlaqədar qurum və şəxsləri fakt qarşısında qoyardılar. İqtisadçılar soruşa bilərdi ki, “Azərenerji”yə ayrılan vəsaitlər hara gedib? Və yaxud paytaxtda və regionlarda tikilən elektrik stansiyaları nə üçündür? Onu da soruşa bilərlər ki, iyul ayında havaların isti keçməsi elektrik kabellərini necə əridə bilər?

Tam mətn

Futbol da bir dünyadır — Azərbaycan isə bu dünyadan deyil

Ağdamda Qarabağ xanının sarayı və xanların məzarları olan türbələrin yerləşdiyi İmarət adlı kompleks vardı. Yəqin ki, indi də var, amma işğal altındadır. Xanlara məxsus sarayın həyətinin bir tərəfində gözəl bağ, digər tərəfində isə geniş, ətrafı çinarlarla dövrələnmiş meydança da vardı. Bu meydança Ağdamın Qarabağ futbol klubunun stadionu idi. Daha dəqiq ifadə etsək, Qarabağ xanlarının qış iqamətgahı yerləşən İmarətin həyətindəki stadion. İndi Quzanlıda — Olimpiya Kompleksinin arxasında baxımsız vəziyyətdə bir stadion var.

Tam mətn

Əsgər ataları və onlar…

Əsgər ataları niyə kasıb olur, niyə üzləri qəmli, gözləri nəmli, belləri bükük, əyinləri nimdaş olur? Onların varı-yoxu, şanı-şöhrəti böyütdüyü və vətənini qorumaq üçün yetişdirdiyi övladları bir gün düşmən gülləsinə tuş gəlir və bu fani dünyadan birdəfəlik köç edir. Oysa, ataların övladları ilə bağlı nə arzuları vardı… bitməz, tükənməz. O atanın varı-dövləti torpaq altında yatır, bir daha geri qayıtmayacaq oğlu ilə bağlı bütün arzularını da onunla gömür.

Tam mətn

Gürcüstan 2691- Azərbaycan 14

2017-2018-ci tədris ilində Gürcüstanda 2691 Azərbaycan vətəndaşı ali təhsil alır. Onlardan 501-i dövlət, 2190-ı isə özəl ali məktəblərdə oxuyur. Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşlarının sayı isə 14 nəfərdir. APA-nın Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumatda belə deyilir. 14 nəfər Gürcüstan vətəndaşı Azərbaycandakı özəl ali məktəblərin tələbələridir və Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında iştirak edərək tələbə adını qazanıblar.

Tam mətn

Mətbuat azadlığı günündə Azərbaycan mətbuatının günü

3 May Ümumdünya Mətbuat Azadlığı günüdür. 13 ildir ki, Azərbaycan jurnalistləri bu bayramı fərqli atmosferdə qeyd edir. Bir qrup hər il toplaşaraq mərhum jurnalist Elmar Hüseynovun məzarını ziyarət edir, sonra medianın problemlərindən danışaraq təkliflər hazırlayır və hökumətə təqdim edir ki, medianı “ağ günə” çıxarsın. İkinci qrup bu günü şad, təmtəraqlı şəkildə qeyd edir, birinci qrupun etirazlarını qəbul etmir və iddia edir ki, mediamız elə “ağ günün” içərisindədir. Hər il Elmar Hüseynovun məzarını ziyarət edənlərin sayı da azalır.

Tam mətn

Cümhuriyyətin 100 ili və jiletli süpürgəçilər

Süpürgəçilər daha ölməyəcək! Bu peşənin sahibləri üçün xüsusi jiletlər hazırlanıb ki, üzərindəki xüsusi işıq qaytarıcılarını qarşıdan gələn avtomobillər görsün və onları vurub öldürməsin. XXI əsrdə bəşəriyyət nanotexnologiyalar, innovativ modellər, beyin mərkəzləri, insansız tank və təyyarələr, su ilə işləyən avtomobillər, sürücüsüz taksi xidməti, Marsa turist səfərlərindən danışır, bizimkilər də dünyaya “ultrabənövşəyi şüalarla zəngin jiletlə” meydan oxuyur. Əslində, belə “orjinal” metodlarla problemi kökündən həll etmək kimi ilk təcrübəmiz deyil. Bakıya qar yağanda qarı texnika yox, süpürgəçilər təmizləyir.

Tam mətn