Arif Əliyev

Qazaxda doğulub, amma Bakıda böyüyüb. Lomonosov adına Moskva Dövlət Unuversiteti jurnalistika fakültəsinin məzunudur. Azərinformun xüsusi müxbiri, “Azərbaycan gəncləri” qəzetinin bölmə müdiri, “Azadlıq” qəzetinin baş redaktor müavini, “Xəzər” jurnalının baş redaktoru, “Turan” məlumat-nəşriyyat müəssisəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi, “Xəzər” universitetinin müəllimi, Bakı Mətbuat Klubunun prezidenti, “Gün-səhər” qəzeti idarə heyətinin sədri olmuşdur. Azərbaycan Mətbuat Şurasının yaradılması layihəsinin müəllifi və qurumu yaradanlardan biridir. Jurnalist peşəkarlığı və söz azadlığına aid 40-dan artıq beynəlxalq konfransın hazırlanması və keçirilməsində istirak edib. Ölkədə ən nüfuzlu "Media açarı" Jurnalist mükafatının təsisçisi, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 800-dən artıq publisistik məqaləsi çap olunub, televiziya və radio verilişlərinin, sənədli filmlərin müəllifidir. 9 kitabın müəllifi və tərtibatçısıdır. Zərdabi mükafatı laureatıdır. Özü haqqında belə yazır: “1960-cı ildə doğulmuşam, amma bioqrafiyamı 1968-ci ildən başlayardım. Niyəsini soruşmayın. Yeri gəlmişkən, ilk məqaləm mətbuatda həmin il dərc olunub. Küçəmizin bərbad yolu haqqında. O yol hələ də bərbaddır. Bu arada isə universitet bitirmişəm, ömrüm boyu Bakıda, jurnalistika sahəsində çalışmışam – xaricdə dərs aldığım və dərs verdiyim qısa fasilələri nəzərə almasaq, - informasiya agentliyində, mətbuat xidmətində, qəzetdə, jurnalda, hətta bir az radioda da işləmişəm. Televiziyadan başqa. Baxmayaraq ki, həmişə bir film çəkmək istəmişəm. O istək indi də qalır, mövzum, prinsiplərim kimi, dəyişməyib”.

«İnformasiya cəmiyyəti»nin vedrəsi

Dostlarım süni intellektdən, sənaye inqilablarından, hiperlupdan yazırlar, mən də plastmass vedrədən. Mövzu tapmıram? Yox, mövzu boldur. Məsələn, dünənə qədər yazmağa hazırlaşdığım birini deyim: xəbəriniz varmı ki, 2014-cü ildə Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair yüksək iddialı bir Milli strategiya qəbul olunub? Qısaca arayış: bu, elə bir cəmiyyətdir ki, orada əhalinin əsas hissəsi informasiyanın və onun ali forması olan biliyin müasir texnologiyalarla istehsalı, emalı, ötürülməsi ilə məşğuldur! Azərbaycan cəmiyyətini belə bir keyfiyyətdə təsəvvürünüzə gətirirsinizmi?

Tam mətn

«İnformasiya cəmiyyəti»nin vedrəsi

Dostlarım süni intellektdən, sənaye inqilablarından, hiperlupdan yazırlar, mən də plastmass vedrədən. Mövzu tapmıram? Yox, mövzu boldur. Məsələn, dünənə qədər yazmağa hazırlaşdığım birini deyim: xəbəriniz varmı ki, 2014-cü ildə Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair yüksək iddialı bir Milli strategiya qəbul olunub? Qısaca arayış: bu, elə bir cəmiyyətdir ki, orada əhalinin əsas hissəsi informasiyanın və onun ali forması olan biliyin müasir texnologiyalarla istehsalı, emalı, ötürülməsi ilə məşğuldur! Azərbaycan cəmiyyətini belə bir keyfiyyətdə təsəvvürünüzə gətirirsinizmi?

Tam mətn

Milli kimliyimiz haqda üç nəğmə

(Əvvəli: «Ayna»-nın 12.07.2017 tarixli buraxılışında)   II nəğmə. «Rayonda böyümüşəm, Bakıda qalasıyam» «HARALISAN?» Əslində, bu, bir sözdən ibarət bəsit sual deyil, cavab variantından asılı olaraq çox zaman insanın seçimini müəyyənləşdirən meyardır, mühüm həyat prinsipidir. Fəlsəfə elmləri doktoru, professor Həsən Quliyev məşhur «Arxetipik azərilər: mentalitetin simaları» kitabında yazırdı: «Haralısan?»ın sosial davranışa və mövqeyə təsiri o qədər böyükdür ki, o, mentalitetimizin arxitektonikasında təməl rolunu oynayır» (!!!

Tam mətn

Ölünü gizlətmək olmur – dirini gizlətməyə nə var!

Yayda adamların üzü dənizə olur. Ona görə, yəqin, çoxunuz Pirşağıdan Novxanıyadək 12-13 kilometrlik təzə yol çəkildiyindən xəbərdarsınız. Dübbədüz qəşəng yoldu, təkərlərin altında asfalt elə şırıldayır ki, maşının açıq pəncərəsindən nəm külək də vuranda, elə bil, şəlalənin altında durmusan. Ən böyük nailiyyət isə odur ki, yolun hər iki tərəfi ilə piyadalar üçün səkilər salınıb! Axır ki, uzun illərin təcrübəsi nəticəsində yolçəkənlərimiz müşahidə ediblər ki, Abşeron kəndlərində sürücülərdən savayı, piyadalar da yaşayırlar.

Tam mətn

Milli kimliyimiz haqda üç nəğmə

Vahid Qazının «Rusiya sindromu və Yalama döyüşü» yazısı ruhumu da sığalladı, qafamı da taqqıldatdı. Üç səbəbdən. Birincisi, ona görə ki, müəllifi olduğum «Yalama» povesti haqqında ilk məqaləni oxumaq mənə maraqlıydı. İkincisi, məqalədəki aktual fikirlər və səlist düşüncə diqqətəlayiq idi. Və nəhayət, üçüncüsü: Vahid Qazının yazılarını həmişə məmnuniyyətlə oxumuşam, həmişə də onun qaldırdığı mövzuları davam etdirməyə həvəsim yaranıb.

Tam mətn

«Muxtarlı» qambiti

(Qambit – şahmatda oyunçulardan birinin mərkəzdə üstünlüyə nail olmaq üçün fiqurlarını qurban verdikləri debütlərin ümumi adıdır) Jurnalist Əfqan Muxtarlı Tiflisin küçələrində sərbəst gəzəndə, bəlkə də, Azərbaycan hökuməti üçün bizə bəlli olmayan səbəblərdən bəzi narahatlıqlar yaradırmış. Amma gətirilib Bakı həbsxanasına salınan kimi hökumətin  əməlli-başlı başağrısına, özünün özünə yaratdığı ciddi problemə çevrilib.

Tam mətn

4 İYUN HƏQİQƏTLƏRİ

  Hər dəfə iyunun 4-də (1993) Surət Hüseynovun Gəncə şəhərində yerləşən hərbi hissəsində başlanmış qiyamın ildönümü ərəfəsində eyni sual səslənir:“4 iyun həqiqətləri nə vaxt açıqlanacaq?”. Mübahisələr, qarşılıqlı ittihamlar qızışır: kim qətiyyətsizlik göstərdi, kim kimi satdı, kim qaçdı, kim qaldı, kim gəldi, kim gətirdi?.. Həqiqət axtarışı tədricən qeybət, didişmə səviyyəsinə keçir, sonda çənələr yorulur və növbəti ildönümünədək “dincə qoyulur”. İlbəil təkrarlanan bütün bu xırda sualların cavabı iki böyük Həqiqətə bağlıdır.

Tam mətn